Yazı İçi 468×60

 

12036915_785832851525256_1122419652412212715_nYAP-ın Şəmkir namizədi haqqında ciddi ittahamların və istintaq araşdırmalarının olmasına baxmayaraq, buna rəğmən hakim partiyanin siyahısına düşməsinin sirri İH dəhlizlərində tamamilə başqa cür yozulur.

YAP namizədlərinin siyahısını açıqlayan kimi redaksiyamiza olduqca maraqlı məlumat daxil olub. Hakim partiyanın 99 saylı Şəmkir kənd seçki dairəsindən namizədliyini irəli sürdüyü Əliyeva Sona Sakit qızı sən demə Rayon İcra hakimiyyətini ictimai – siyasi humanitar məsələlər uzrə müavini imiş.

Mənbə bu məqama çatmasına qədərki dövrdə namizəd xanım haqda maraqli faktlar açıb. Belə ki xanim müavin Əhməd Cavad adina orta məktəbdə biologiya müəlliməsi işləyib. Paralel olaraq rayon təhsil idarəsinin müdiri Məcid Şıxlinski Sona Sakitqızını “nəyinsə” (mənbənin iddiasina görə 10000 manat rüşvət alinib) müqabilində işlədiyi təhsil idarəsinə metodist vəzivəsinə işə götürür. 2012-ci ildə ilin ən yaxşı müəlliməsi müsabiqəsində qalib gələrək mükafata layiq görülür.

 

Maraqlı məqam isə odur ki bu müsabiqədə metodist ishtirak edə bilməz. Elə bu səbəbdəndir ki təhsil şöbəsinin müdirı xanim namizədi bir qədər əvvəl əmrlə işdən çıxararaq müsabiqədən sonra işə bərpa edir. Daha bir maraqlı məqam burasıdır ki, elə həmin ili karyerasında “sürətli” addımlarla irəliləyən Sona xanım Prezident tərəfindən əməkdar müəllimə adi ilə təltif olunur. Və bu işdə də Prezidentə yalan məlumat verilir.

 

Azərbaycan Respublikasında fəxri adlarin verilməsi haqqında Azərbaycan Prezidentinin 22 may 1998-ci ildə imzaladığı 706 sayli fərmana əsasən 20 ildən yuxarı müəllimlik staji olan insanlar bu ada layiq görülə biləcəkləri halda Sona xanım bu ada layiq görüləndə heç 9 il staj sahibi olmayıb. Belə ki 2000-ci ildən müəllimə işləyən xanimin 3 övladi var. Doğum tarixləri 2001, 2003 və 2005-ci illərə təsaduf edən əməkdar müəllimənin analıq məzuniyyətlərini də iş stajından çıxsaq mənzərə çılpaqlıgı ilə ortada qalir.

 

Beləliklə vəzifə pillələrini sürətlə qalxan namizəd xanım 2013-cü ildə Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunur. Vəzifəyə gələn kimi rayon Gənclər və İdman idarəsinin müdiri Gözəlov Pərvin Teymuraz oğlunu vəzifəsindən azad etdirərək yerinə öz adamı olan İsmayılov Emin Həsən oğlunu təyin etdirir. Yeni müdir də şefi kimi işinə “məsuliyyətlə” başlayır. Belə ki idarənin tabeliyində fəaliyyət göstərən Uşaq və Gənclər İdman məktəbinin məşqçi müəllimlərinin bankdan maaş kartlarının yenisini çıxartdiraraq bu ilin aprel, may, iyun, iyul aylarının maaşlarını hər ay üçün 5000 olmaqla 20000 manat bankomatdan götürür. Müəllimlərin və özunun həyat yoldaşının şikayəti əsasinda Şəmkir şəhər prokurorluğunda barəsində cinayət işi qaldırılır.

 

Emin müəllim kollektivdə boynuna almasa da istintaqa ifadəsində tərəfindən bankomatlardan götürdüyü 20000 manatın 15000 manatını Sona Əliyevaya verdiyini etiraf edir. Sona xanimin haqqında cinayət əməli bununla bitmir. Qardaşı Əliyev Asəf törətdiyi xuliqanlıq əməlinə görə Şəmkir rayon Məhkəməsinin qərarı ilə 3 gün azadlıqdan məhrum edilsə də, bu yuxarı dairələrdən, o cümlədən prezident aparatından gizlədilir.

 

Sona xanımın bütün bunlara rəğmən hakim partiyanin siyahısına düşməsinin sirri isə İH dəhlizlərində tamamilə başqa cür yozulur. Xanim namizədin saatlarla İcra Hakimiyyəti başcısının kabinetindən çıxmamasının sirrinin yekunda onu hakim partiyanin namizədinə cevrəcəyini agıllarina belə gətirməyən icra məmurlari bu gün də hesab edirlər ki, İH başçsı Alimpaşa Məmmədov onu bu vəzifəyə təyin etdirən Fazil Məmmədovu da aldadır. Xanımın adının hansısa müəmmalı yollarla YAP-in namizədləri sırasına salınmasının sirri də onu məşhurlaşdıraraq yaxınlarda onu izləyəcəyi ehtimal olunan cinayət təqibindən xilas etməkdir.

 

Hər halda prokurorluq orqanları YAP-ın rəsmi namizədinin haqqında cinayət işi başlatmağa cəsarət etməzlər. Bundan əlavə payonun bir neçə orta məktəbinin müəllimləri bu namizədə etiraz olaraq Prezident aparatı qarşısında aksiya keçirəcəkləri bildirilir.(elchi.az)

 

Qarşı tərəfin faktlarla bağlı fikirlərini dərc etməyə haziriq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 31
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."