YAP tanınmış “fətullahçı”ların üzərindən xətt çəkdi, amma…

Müəllif: Baş Redaktor

Baş Redaktor

155555YAP-ın deputatlığa namizədlər siyahısında yer alan yeni adlardan biri də 63 saylı Sabirabad I Seçki Dairəsindən Quliyev Elçin Bəybala oğlu oldu. Qeyd edək ki, 2010-cu il seçkilərində hakim partiya bu dairədən namizəd irəli sürməyərək, hazırda deputat olan Ceyhun Osmanlını qeyri-rəsmi dəstəkləmişdi.

Bu dəfə isə həmin dairədən kifayət qədər ciddi namizəd irəli sürülüb. Yenicag.az xəbər verir ki, YAP-ın 63 saylı DSK üzrə adını açıqladığı Quliyev Elçin Bəybala oğlu Standartlaşdırma, Metralogiya və Patent üzrə Dövlət komitəsində aparat rəhbəri vəzifəsində işləyir. Yəni, bəzi dairələrdə olduğu kimi bu dairədə zəif füqurla çıxış etməyib. İxtisasca iqtisadçı olan Elçin Quliyev əslən Sabirabad rayonundandır. Uzun illər bu rayonda çalışmış, daha sonra Bakıda mühim vəzifələr tutmuş E.Quliyevin rayonda çəkisi də var.

Yəni, Ceyhun Osmanlı kimi Sabirabada yad olan, sadəcə Elnur Aslanov kimi arxası olduğu üçün “seçdirilən” deyil, rayonda müxalifətlə real rəqabət apara biləcək bir iqtidar namizədi var.

Siyahıya salınmayan şəxslərdən biri də Ceyhun Osmanlının dostu Elnur Aslanovun anası Rəbiyyət Aslanovadır. Xanım millət vəkili “Müstəqil olaraq namizədliyinizi irəli sürmək haqqında düşünürsünüzmü?” sualına Rəbiyyət Aslanova belə cavab verib: “Yox, elə bir şey düşünmürəm…”

Çünki YAP 109 saylı Balakən seçki dairəsində Rəbiyyət Aslanovanın yerinə Məhməliyev Nəsib Məhəmməd oğlunun namizədliyi irəli sürülüb.

 

Qeyd edək ki, hər iki deputat Fətullah Gülən Şəbəkəsi ilə əlaqəlidə ittiham olunurlar. Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov və Ceyhun Osmanlı şəbəkənin Azərbaycanda əsas adamları hesab olunurlar. Son bir neçə ayda C.Osmanlı guya “Aslanovdan ayrılıb” imici yaratmağa çalışsa da, bunun mif olduğunu bilməyən yoxdur.

O da vurğulanır ki, R.Aslanova özünün namizədliyinin irəli sürülmədiyi təqdirdə oğlunun namizədliyini irəi sürülməsinə çalışıb. Fəqət bu məsələdə də “veto” alıb.

Ancaq bu o demək deyil ki, fətullahçılar bu seçkidən namizədsiz qalıblar. Yenicag.az-a daxil olan məlumata görə, hazırda YAP siyahısından ən az 3 nəfər Elnur Aslanov-Ceyhun Osmanlı qruplaşmasının üzvləridir. Bu məsələ üzrə araşdırmamız davam edir. İlkin məlumata görə, 18 saylı Nərimanov-Nizami seçki dairəsindən namizədliyi irəli sürülən İsmayılov İsmayıl Mübariz oğlu Ceyhun Osmanlının yaxın dostlarındandır. Hər halda deputatlığa namizədin sosial şəbəkələrdəki şəkilləri bunu deməyə əsas verir.

578322_10151490029333518_1570256131_n 1927609_110288820243_7623_n

Eyni zamanda Ceyhun Osmanlı da Göyçaydan namizədliyini irəli sürməyi planlaşdırdığı da gələn xəbərlər arasındadır.

Mövzu diqqətimizdədir.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır