!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yapı Kredi Bank” işçi axtarır – VAKANSİYA

!Reklam – Yazi

“Yapı Kredi Bank” filial müdiri vəzifəsinə işçi axtarır.

Yeniçağ.Az-ın məlumatına görə, ali iqtisadi və ya biznes təhsilli, ən azı 5 (beş) il bank təcrübəsinin olan, 1 və ya 2 il rəhbərlik təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi mart ayının 10-dur.

Tələblər

– Ali İqtisadi və ya biznes təhsilinin olması;
– Ən azı 5 (beş) il bank təcrübəsinin olması, 1 və ya 2 il rəhbərlik təcrübəsi;
– Biznesin inkişafı bacarığı;
– Şəffaflıq və Etik startlara malik olması;
– Ünsiyyət və Problem həll etmə bacarığı;
– Strateji və analitik düşünmə qabiliyyəti;
– Sərbəst olaraq, həmçinin komandada işləmə bacarığı;
– Müştəri bazasını idarəetmə bacarığı;
– Mükəmməl azərbaycan, türk, ingilis, rus dili bilikləri.

Əsas iş funksiyaları:

– Filial hədəflərinin və Bankın strateji planlarının gercəkləşdirilməsi üçün filialdakı satış vəəməliyyat işlərinin ən    təsirli və məhsuldar şəkildə istiqmətləndirmək;

– Filialda lazımı planlama və təşkilati işləri reallaşdırmaqla işlərin plana uyğun şəkildə aparılmasını təmin etmək,    bankın ümumi strategiya və qaydalarına uyğunluğunu təqib və nəzarət etmək;

– Filial işçilərinin normal iş şəraitində, səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin etmək;

– Satış işlərini dəstəkləmək, əməliyyat qrupu ilə sıx əlaqədə olmaq və xidmətin keyfiyyətinə nəzarət etmək;

– Filialın satış büdcəsinin reallaşmasına nəzarət etmək və hədəflərə çatmaq üçün mane olan faktorların səbəblərini  müəyyən etmək;

– Potensial müştəriləri müəyyən etmək və onları əldə etməyə çalışmaq;

– Müştərilərin rentabelliyini davamlı təqib etmək, müştəridə bağlılıq yaratmaq, rəqiblərin vəziyyətini və bazar  paylarını analiz etməklə filialın büdcəsini gerçəkləşdirmək və bankın bazardakı payını artırmaq üçün lazımlı  tədbirləri görmək;

– Müştərilərin davamlı olaraq ziyarət edilməsini təşkil etmək;

– Filialdakı satış qrupunun hədəflərini və müştəri portfelini müəyyən etmək, filialın hədəflərini tutdurmaq üçün satış  hərəkətlərini planlamaq, idarə etmək və nazərət etmək;

– Bankın kredit politikası və qaydalarına (geri qaytarma, təminatlandırma, təqib) uyğun hərəkət etmək, müştərilərlə  kredit müqavilələrinin bağlanması, kreditin istifadə edilməsi və meydana çıxaracağı riskə qədər izləmək. Bu çərçivədə  kredit təkliflərinin, lazımlı sənədlərin hazırlanmasının təmin edilməsi;

– Kreditin verilən müştərinin iflası və ya problemli olması halında lazımlı tədbirlərin alınmasından və dərhal tətbiq    olunmasından məsuldur;

– Filialdakı əməliyyat riskini izləmək, audit və daxili nəzarət raporlarını incələyərək lazımı tədbirlər görmək;

– Filialdakı işçilərin bankın daxili qaydalarına,idarəetmə strategiyalarına qanunlara və təlimatlara uyğunluğunu  təmin etmək;

– Filialın təhlükəsizliyi üçün lazımı tədbirlər alınmasından birinci dərəcədə məsul şəxsdir.Bank və müştərilərlə bağlı    bütün məlumat, sənəd, qiymətli kağız, açarların saxlanması, qorunmasından və lazım olduğunda etibarlı bir şəkildə    sövq edilməsindən cavabdehdir.

Maraqlanan şəxslər [email protected] ünvanına öz CV-lərini göndərə bilərlər.

Yeniçağ.Az

www.yenicag.az

1331
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv