HighTechnic

hightechnic
Ads by Google

imagesYaponiya Ukraynada maliyyə sabitliyini təmin etməyə kömək məqsədilə bu ölkəyə 1,5 milyard dollar kredit ayırıb. Yenicag.az apa-ya istinadən xəbər verir ki, bu barədə Ukraynada səfərdə olan Yaponiyanın baş naziri Sindzo Abe Kiyevdə prezident Pyotr Poroşenko ilə görüşündən sonra bildirib.

S. Abe deyib ki, Yaponiya Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və Donbass probleminin güc yolu ilə həllinə qarşıdır. O, tərəfləri Minsk razılaşmalarına əməl etməyə çağırıb.

P. Poroşenko isə Yaponiyaya səxavətli addıma görə təşəkkür edib: “Mən 1,5 milyard ABŞ dolları həmində kredit təminatı verməsi ilə əlaqədar Yaponiyaya minnətdaram. Bu, bizim maliyyə sabitliyini təmin etməyimizə imkan verəcək”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 31
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."