yenicag.az
yenicag.az

Yaponiyanın Azərbaycandakı səfiri BAMF sədri Umud Mirzəyevlə görüşüb – Foto

Yaponiyanın Azərbaycandakı səfiri BAMF sədri Umud Mirzəyevlə görüşüb – Foto

Müəllif: Redaktor

Editor

unnamed-5Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyevlə görüşüb.

“Eurasia Diary” xəbər verir ki, BAMF-ın ofisində baş tutan görüşdə tərəflər səfirliklə təşkilat arasında əməkdaşlıq perspektivləri, birgə layihələrin həyata keçirilməsi imkanları və başqa məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

U. Mirzəyev təşkilatın yaranma tarixi, müxtəlif sahələri əhadə edən fəaliyyəti və həyata keçirdiyi çoxsaylı layihələr barədə səfirə məlumat verib. O, deyib ki, BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) Əsas Məşvərətçi Statuslu üzvü olan BAMF 1992-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş müstəqil beynəlxalq qeyri-hökumət təşkilatıdır. BAMF sədri bildirib ki, rəhbərlik etdiyi təşkilat BMT qurumları, Amerikanın Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, nazirliklər, agentliklər, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.

U. Mirzəyev eyni zamanda bildirib ki, müharibədən ən çox zərər çəkmiş rayonlardan biri olan Tərtərdə təşkilatın gördüyü işlər, həyata keçirilən layihələr haqqında qonağa ətraflı məlumat verib. O, qeyd edib ki, BAMF yarandığı gündən başqa istiqamətlərdə fəaliyyəti ilə yanaşı müharibədən zərər çəkmiş bölgələrdə də tədqiqatlar aparır, mina qurbanlarının, müharibədən zərər çəkən insanların, qaçqınların və məcburi köçkünlərin, aztəminatlı ailələrin problemlərinin həlli istiqamətində layihələr həyata keçirir. U. Mirzəyev bu sahədə Yaponiya səfirliyinin təşkilata dəstək olduğunu xatırladıb və bunun üçün Yaponiya hökumətinə təşşəkürünü bildirib.

İki ölkə arasında iqtisadi, siyasi və ticarət əlaqələrinin inkişaf etdiyini söyləyən səfir bildirib ki, Yaponiya Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Təşkilatın bu günə kimi həyata keçirdiyi layihələri yüksək qiymətləndirən T. Takahaşi qeyd edib ki, Yaponiya səfirliyi BAMF-ın gələcək təşəbbüslərində onunla əməkdaşlıq etmək niyyətindədir. Səfir deyib ki, Yaponiya hökuməti hər zaman Azərbaycanda humanitar sahədə həyata keçirilən layihələrə dəstək verməyə hazırdır.

Yenicag.az

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti