Yaponların arıq qalmasının - Sirləri

Müəllif: Gulnare Eynullaqızı

Editor

Yapon xanımları dünyanın ən incə və baxımlı qadınları hesab olunur. Bu isə onların yeməklərindən asılıdır.

Yeniçağ.az yaponların hər zaman formada qalmaq üçün əməl etdiyi yemək qaydalarını təqdim edir:

Zəngin və düşünülmüş miqdar

Bir çoxları düşünür ki, yaponlar ancaq suşi yeyir. Amma onların qida rasionu olduqca zəngindir. Onlar daha çox dəniz məhsullarına, düyüyə, tərəvəzə, meyvəyə və yaşıl çaya üstünlük verirlər. Onlar üçün önəmlisi qidaların təbiliyi və onları mövsümə uyğun qəbul etməkdir. Hər mövsümün öz balığını istifadə edirlər. Qışda ət, balıq, şorba, yayda isə soyuq şorba və dəniz məhsulları yeyirlər.

Yeməkləri hazırlama qaydası

Yaponlar yeməkləri buxarda, manqalda, az yağda qızartmaqla hazırlayırlar. Tərəvəzləri vitaminləri ölməyənə qədər bişirirlər. Hətta rənginin dəyişməsinə də imkan vermirlər. Onlar ədvalardan ehtiyatla istifadə edirlər. Bu da qidaların kalorisinin az olmasına imkan verir.

Yemək qaydası

Onların yemək yeməsi də xüsusi ritualları xatırladır. Ərzaqlar xırda doğranılır. Yeməyin miqdarı az və görünüşü gözəl olur. Onlar tərəvəzlərin təbii rəngini itirməməsinə çalışırlar. Boşqabı ağzına qədər doldurmurlar. Özü də bir neçə yeməyi eyni vaxtda qarışdırmırlar.

Çörək əvəzinə düyü

Yaponlar düyünü xüsusi hazırlayırlar. Düyüyə duz və yağ vurulmur. Düyünü çörək əvəzi istifadə edirlər. Bu da bədən quruluşunun gözəl olmasına imkan yaradır.

Səhər yeməyi

Səhər yeməyi yaponlar üçün ən önəmli amildir. Bu zaman süfrədə fərqli yeməklər olmalıdır. Bura balıq yeməyi, düyü, omlet, şorba, yaşıl çay daxildir.

Desert olmaz

Yapon mətbəxində şirniyyata yer verilmir. Onlarda biskivit, şokoladlı tort, yağlı krem yoxdur. Hətta dondurmanı da düyüdən hazırlayırlar.

Yeniçağ.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir