!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yararlılıq müddəti bitmədən kiflənən məhsullar - Sahibkarlar nədən niyə sui-istifadə edir? - Fotofakt

!Reklam – Yazi

Elə məhsullar var ki, onu hər kəs gündəlik olaraq istifadə edir və bunun üçün müxtəlif marketlərə üz t utur. Lakin heç də həmişə aldığımız ərzaq məhsullarının tərkibi üstündə göstərilən tarixlə üst-üstə düşmür. Yəni təzə mal adı ilə bizə satılan ərzaqların “vaxtından əvvəl” xarab olduğu üzə çıxır.

Bu günlərdə Yeniçağ.az-a daxil olan məlumata görə, oxucularımızdan biri 1 yaşlı uşağı üçün marketdən kəsmik alıb, evdə isə kəsmiyin “kifləndiyi” məlum olub. Həmin bu məhsul hər kəsin tanıdığı və etibar etdiyi “Antena” şirkətinə məxsusdur. Redaksiyamıza ünvanlanan şikayətdə bildirilir ki, kəsmiyin üzərində yararlılıq müddətinin göstərilməsinə baxmayaraq, içərisi tamam xarab olub:

“Kəsmiyin istehsal vaxtına baxıb almışdıq. Çünki mən bunu körpə uşağıma verəcəkdim. Evdə kəsmiyi açanda gözlərimə inanmadım: kəsmik kif bağlamışdı. Marketə gedib, iradımızı bildirdik və kəsmiyi dəyişdik. Yeni kəsmikdən də ağır qoxu gəlirdi. Əslində, qablaşdırmanın üzərində son istifadə tarixi fevralın 19-u göstərilmişdi, biz isə məhsulu yanvarın 27-də almışdıq. Yenə marketə getdik və bizə bildirdilər ki, bu məhsulu “Atena” şirkəti istehsal edib, məsuliyyəti də onlar daşıyır”.

Demək, reklamı hər gün gözümüzü döyənək edən “Atena”nın məhsulları ya təzə olmur, ya da üzərindəki yararlılıq müddətində saxtakarlıq edilir. Bəs görəsən bu zərərli və istehlakçını aldadan məhsula görə kim məsuliyyət daşıyır?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edilən faktla bağlı Yeniçağ.az-a bildirir ki, bu, ölkə prezidentinin yaratdığı toxunulmazlıq şəraitdən sahibkarların sui-istifadə etməsidir. Onun sözlərinə görə, vaxtı keçən, lakin üzərində saxta istehsal müddəti qeyd edilən məhsullarla bağlı müraciətlər olur: “Həmin məhsulların Azərbaycanda satışını həyata keçirən şirkətlərə zəng edirsən, lakin müxtəlif bəhanələrlə münasibət bildirmirlər. Gigiyena və Epidemiologiya Mərkəzinə zəng edirəm deyirlər ki, rəsmi müraciət edin, biz də öz növbəmizdə İqtisadiyyat Nazirliyinə müraciət edəcəyik. Ardınca onlar da Ədliyyə Nazirliyinə müraciət edəcəklər və çıxarış alacağıq. Və öncədən şikayət edilən şirkətə deyəcəyik ki, gəlirik sizi yoxlamağa, bundan sonra məsələni araşdıracaqlar. Bir sözlə, hansısa dövlət orqanı yoxdur ki, belə məsələlərə operativ müdaxilə etsin. Nəticə etibarı ilə də sahibkarlar bundan sui-istifadə edirlər. Təsadüfi deyil ki, ötən həftə Prezident İlham Əliyev tərəfindən qida təhlükəsizliyi ilə bağlı fərman imzaladı. Bu məsələ ilə bağlı yaradılan işçi qrupunun rəhbəri Baş nazirin müavini Əli Əhmədova müraciət etmişəm ki, vəziyyət çox acınacaqlıdır, dövlət orqanları müdaxilə etmir, insanlar zəhərlənir. Həqiqətən vəziyyət kritikdir, xəstəxanalar, apteklər insanlarla doludur. Heç bir dövlət orqanının da ixtiyarı yoxdur ki, operativ müdaxilə eləsin”.

BƏXTİYAR
Yeniçağ.az

www.yenicag.az

776
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv