www.sinerjipro.net

SinerjiProWide
Reklam


azalpfAZAL klubu daha bir futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib. Bu barədə Yeniçağ.az-a klubdan məlumat verilib.

Belə ki, yarımmüdafiəçi Ruslan Nəsirli bundan sonra heyətdə yer almayacaq. Bunun da səbəbi oyunçunun həqiqi hərbi xidmət vaxtının çatmasıdır. Bundan sonra o, Mərkəzi Ordu İdman Klubunda (MOİK) çıxış etməli olacaq.

Bundan əlavə klub bəzi legioner futbolçularla da danışıqlar aparır. Onlar qış təlim-məşq toplanışı zamanı komandanın düşərgəsinə qoşulacaqlar. Klubdan bildirilir ki, əgər baş məşqçi Tərlan Əhmədov bəyənərsə, həmin iki legioner komandaya qatılacaq.

Xatırladaq ki, AZAL Ruslan Nəsirlidən əvvəl müdafiəçilər Brayn Fok, Adan Koronada, Qvanzav Maqomedov, yarımmüdafiəçi Taqim Novruzov, hücumçular David Canelidze və Mirzağa Hüseynpurla da yollarını ayırıb.

Aygün İlqarqızı
Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 42
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.