!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaş 70-i ötən deputatlarımız – SİYAHI

!Reklam – Yazi

deputatlar1Azərbaycanda Milli Məclisinə keçiriləcək növbəti seçkilərə saylı günlər qalıb. Tarixə nəzər yetirsək, müstəqillik illərindən bu günədək 4, bu ilin noyabrın 1-də isə Milli Məclisə 5-ci çağırış seçkilər keçiriləcək. Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.

Ölkə qanunvericiliyinə uyğun olaraq Milli Məclisə 4-cü çağırış seçkilərdə də yaşı 25-dən yuxarı olan insanlar öz namizədliyini verib, deputat seçiliblər. Nə isə… Məqsədimiz 4-cü çağırış seçkilərində seçilən və yaşı 70-i ötən deputatlar haqqında oxucuları məlumatlandırmaqdır.

Yenicag.az XəzərNews.az-ın bu məqsədlə hazırladığı və 70 yaşı ötən 12 deputatı oxuculara təqdim edir.

Milli Məclisin ən yaşlı deputatı Cəlal Əliyevdir – 87 yaş

Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. 2010-ci il noyabrın 7-də 62 saylı Saatlı seçki dairəsindən yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputat seçilib. Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

Zeynəb Xanlarova – 79 yaş

Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-ci ildə Bakı şəhərində anadan olub. 2010-ci il noyabrın 7-də 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputat seçilib. Milli Məclisin ikinci ən yaşlı sakini olmağı ilə bərabər, Mədəniyyət Komitəsinin də ən yaşlı nümayəndəsidir.

Ağacan Abıyev – 78 yaş

Ağacan Abıyev 1937-ci il noyabrın 24-də Bakının Bülbülə qəsəbəsində dünyaya gəlib. 2005 və 2010-cu illərdə 32 saylı Suraxanı üçüncü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Parlamentin Elm və təhsil komitəsinin üzvü, İntizam komissiyasının sədridir. Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Avstriya, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Polşa, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Fəttah Heydərov – 77 yaş

Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1990-1995-ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olub. Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il) çağırış Milli Məclisə deputat seçilib. 7 noyabr 2010-cu il tarixində 116 saylı Qəbələ seçki dairəsindən Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Reginal məsələlər komitəsinin sədr müavinidir.

İlyas İsmayılov – 77 yaş

İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 7 noyabr 2010-cu il tarixdə 106 saylı Tovuz-Qazax-Ağıstafa seçki dairəsindən Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvüdür.

Yaqub Mahmudov – 76 yaş

Yaqub Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonun Baş Göynük kəndində anadan olub. İkinci çağırış (2000-2005), üçüncü çağırış (2005-2010) Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2010-ci il noyabrında 113 saylı Şəki şəhər seçki dairəsindən yenidən parlamentin deputatı seçilib. Milli Məclisin Sosial siyasət komitəsinin üzvüdür. Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-İtaliya, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Ziyad Səmədzadə – 75 yaş

Ziyad Səmədzadə 1940-cı ilin iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində anadan olub. 2010-ci il noyabrında 23 saylı Nəsimi-Səbail seçki dairəsindən yenidən parlamentin deputatı seçilib. Milli Milli Məclisin İqtisadi siyasət komitəsinin sədridir.

Elxan Süleymanov – 75 yaş

Elxan Süleymanov 1940-cı ildə Göyçay rayonunun Hacalı kəndində anadan olub. 2010-cu ildə 85 saylı Şamaxı seçki dairəsindən deputat seçilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvüdür.

Arif Rəhimzadə – 74 yaş

Arif Rəhimzadə 24 fevral 1941-ci ildə Gəncə şəhərində anadan olub. 2010-ci il noyabrın 7-də 61 saylı Neftçala seçki dairəsindən IV cağırış parlamentə deputat seçilib. Milli Məclisin Regional məsələlər komitəsinin sədridir.
Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin sədridir.
Azərbaycan-Rusiya parlamenrlərarası işçi qrupunun rəhbəridir.

Xanhüseyn Kazımlı – 73 yaş

Xanhüseyn Kazımlı 1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində anadan olub. 2010-cu il noyabrın 7-də 66 saylı Biləsuvar seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür. Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Çin, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. İslam Konfransı Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Eldar İbrahimov – 70 yaş

İbrahimov Eldar Rza oğlu 1945-ci il martın 12-də Azərbaycan Republikası Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olub. Azərbaycan Respublikası Ali Sovetinin (1990), Naxçıvan MR Ali Sovetinin (1995) və 4 saylı Naxçıvan şəhər seçki dairəsindən Azərbaycan Respublikası I, II, III, IV çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisdə Aqrar siyasət Komitəsinin sədridir.

Hüseynbala Mirələmov – 70 yaş

Hüseynbala Mirələmov 1945-ci il iyunun 25-də Lerik rayonunun Nuravud kəndində anadan olub. 2010-cu il noyabrın 7-də 33 saylı Xətai birinci seçki dairəsindən növbbəti dəfə deputat seçilib. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Litva, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

www.yenicag.az

569
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv