!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yasamal ƏSMM: Sosial müdafiə yoxsa saxtakarlıqlar mərkəzi?

!Reklam – Yazi

7798Gülnarə Salahova Yasamal rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində qanunsuz əməllərini davam etdirməklə saxtakarlığın yeni yollarını icad etməklə məşğuldur

Bu dəfə o işçilərə ünvanlı sosial yardım təyin olunan vətəndaşlardan sosial yardım kartlarını toplamaq əmrini verib.

Gülnarənin bu əmri verməsinə səbəb keçən ay işçilərin ona tələb etdiyi məbləğdə rüşvəti toplayıb verə bilmədiyi səbəb olub. İşçilər bunu belə əsaslandırıblar ki, yardım təyin olunan vətəndaşların bəzilərinin kartları bizdə olmadığından vətəndaşlar onlarla razılaşdığımız 6-8 ayın pulunu hər ay onlara çatdırmırlar. Gülnarə Salahova da buna görə qeyd olunan əmri verib. Qeyd edək ki, hazırda ünvanlı sosial yardım 2 il müddətinə təyin olunduğundan Gülnarə də işçilərə vətəndaşlardan 6 deyil 8 ayın pulunu almağı tapşırıb. Qeyd edək ki, ünvanlı sosial yardım alan vətəndaşların yardım kartlarının mərkəzin işçilərində olması faktını araşdırıb üzə çıxarmaq çox da çətin iş deyil. Bunun üçün mərkəzə qəfil yoxlama göndərib əvvəkli aylarda yardım təyin olunan vətəndaşlara zəng edib yardım kartlarını mərkəzə gətirib göstərmələri tələb olunsa kart mərkəzdəki işçidə olduğu halda vətəndaş bunu edə bilməyəcək. Və ya mərkəzə gedib yardım təyin olunan vətəndaşa zəng edib işçinin adından danışıb “siznən neçə ay danışmışdıq və ya sizin yardım kartınız sizdədi ya məndə” sualını verib vəziyyəti öyrənmək olar. Ya da sosial yardım kartları üzrə baklardan bankamatlardakı çıxarışları (şəkilləri) almaq yolu ilə. Bu halda həmin çıxarışlarda ya mərkəzin işçilərinin şəkilləri ya da onların yaxınlarının şəkilləri çıxacaqdır.

Gülnarə Salahova özü saxta yolla mərkəzə direktor müavini düzəlməklə yanaşı yaxın tanışlarını da saxta yolla mərkəzə düzəldib. Fikir verin:

1. Salahova Gülnarə Şaban qızı – 2014-cü ilin oktyabr ayında Yardımlı rayonuna elan olunan müsahibədə iştirak edib Yasamal rayonuna direktor müavini kimi rəsmiləşdirilib.

2. Bünyadzadə Günəş Cavanşir qızı – 2014-cü ilin iyun ayında Tərtər rayon məşğulluq mərkəzinə elan olunan müsabiqədə iştirak edib və Yasamal rayon ƏSMM-də ünvanlı sosial yardım və müavinətlər sektorunda baş məsləhətçi işinə rəsmiləşdirilib (Qeyd: google-də Bünyadzadə Günəş və ya On altıncı müsabiqə üzrə (1, 23,30 aprel, 20 may və 13 iyun 2014-cü il) nəticələr axtarışa verib Günəşin Tərtər rayon məşğulluq idarəsinə keçdiyini görmək olar csc.gov.az/aze/downloads/hesabatlar/siyahimusabiqe16.doc). Bünyadzadə Günəş özü filologiya fakültəsini bitirdiyindən qanunla ünvanlı sosial yardım və müavinətlər sektorunda baş məsləhətçi işləyə bilməz. Odur sənədlərini Tərtər rayon məşğulluq idarəsinə müsabiqədən keçmək üçün təqdim edib və sonradan qanunsuz olaraq Yasamal rayonuna qeyd olunan vəzifəyə yerləşdirilib.

3. Nurizadə Sadiq Əlisəfa oğlu – 2 ilə yaxındır Yasamal rayon ƏSMM-də qanunsuz olaraq dövlət qulluğunda müqavilə ilə işləyir. İndiyə qədər bir neçə dəfə müsabiqələrdə iştirak etsə də (təbii ki, respublikanın ucqar rayonlarına elan olunan) müsabiqələrdən keçə bilməyib. İzləsəniz görəcəksiniz ki, Nurizadə Sadiq də nə vaxtsa hansısa rayona elan olunan müsabiqədə iştirak edib Yasamal rayon ƏSMM-yə rəsmiləşdiriləcək ya da müqavilə ilə işləməyə davam edəcək. Görən beləsini müqavilə ilə işlətməyə nə ehtiyac var? Olmazmı normal biliyi olmadığı halda onu müqavilə ilə həmin vəzifədə işlətmək əvəzinə həmin vəzifəyə müsabiqə elan olunsun və normal biliyə malik bir gənc həmin vəzifəni tutsun?

Ümumiyyətlə savadsız qohumunu müqavilə ilə dövlət qulluğunda işlədib həmin vəzifəni müsabiqəyə çıxartmamağın bir adı var: ermənilik. İkinci adı olsa, o da olar dövlətə xəyanət. Niyə? Ona görə ki:

1. yeri müsabiqəyə verməmək o deməkdir ki, vəzifəli şəxs bilir ki, onun qohumu savadsızdır və ölkədə ondan savadlı şəxslər var
2. bilir ki, həmin savadlı şəxslər işsizdirlər
3. bilir ki, yer müsabiqəyə çıxarılsa həmin yeri onun savadsız qohumu deyil, savadlı bir gənc tutacaq
4. vəzifəli səxs ölkənin savadlı gəncinin işsiz olmağına razıdır, təki savadsız qohumu işləsin. Buda olur ermənilik və dövlətə xəyanət.

4. Rəsulov Zaur – 1 ildən çoxdur mərkəzdə müqavilə ilə məsləhətçi vəzifəsində işləyir. Gülnarə Salahovanın təkidi ilə baş məsləhətçi kimi qanunsuz olaraq ünvanlı sosial yardım sənədlərinin qəbulu və Gülnarənin rüşvəttoplama işinə rəhbərlik etməklə məşğuldur. Hər ayın 15-20-si nəzarətə götürülsə üstündən on min manatlarla pul və işçilərin gülnarə salahovaya verəcəkləri rüşvət siyahıları tapıla bilər.

5. Cəfərov İlkin – indiyə qədər dövlət qulluğu imtahanından keçməmiş və qanunsuz olaraq dövlət qulluğunda inzibati vəzifəyə rəsmiləşdirilib. Filologiya fakültəsini bitirib. 2010-cu ildə mərkəzdə 200 min manat yeyintiyə yol versədə bu günə qədər baş mühasib işləyir.

6. Məmmədov Xəyyam – mərkəzdə mühasibat uçotu sektorunda məsləhətçi vəzifəsində işləyir. İndiyə qədər dövlət qulluğu imtahanından keçməyib və qanunsuz dövlət qulluğuna rəsmiləşdirilib. Gülnarənin təkidi ilə qanunsuz olaraq ünvanlı sosial yardım sənədlərinin qəbulu ilə məşğuldu.

7. Həsənov Oktay – Sabirabad rayon ƏSMM-də direktor vəzifəsində işlədiyi dövrdə baş məsləhətçi işini görüb, vətəndaşlardan ünvanlı sosial yardım sənəd qəbul etməsinə və rüşvət qalmaqalına görə işdən çıxarılmış və sonradan hansısa yolla Yasamal rayon ƏSMM-də Sosial məişət xidməti sektoruna müdir düzəlib və bu günə qədər həmin vəzifədə işləyir.

8. Mərkəzin Fuad adlı arxiv işçisi isə keçmiş direktor müavini Əhmədov Rzanın qohumu olmaqla onun köməkliyi ilə həmin işə düzəlib. Bu həmin Əhmədov Rzadır ki, 2013-cü ildə mərkəzdə direktor müavini olduğu halda baş məsləhətçi kimi vətəndaşlardan ünvanlı sosial yardım sənədlərini qəbul edərək rüşvət toplamaqla məşğul olmasına baxmayaraq nazirlikdəki himayədarların sayəsində Xəzər rayon ƏSMM-də direktor müavini işinə rəsmiləşdirilib. Özü də nazirlik, daha doğrusu nazirlikdəki himayədarı ona görə həmin yerə başqalarının sənəd verə bilmədiyi daxili müsahibə elan etməklə. Azərbaycan Beynəlxalq Universitetinin nəqliyyat fakültəsini bitirib. 1982-ci il təvəllüdlüdür. Hələ bilmək olmur o, 1999 və ya 2000-ci ildə bal toplayaraq TQDK xətti ilə ora qəbul olunub yoxsa imtahansız nəyinsə müqabilində. Hərçənd bunu TQDK-ya sorğu göndərib asanlıqla dəqiqləşdirmək də olar. Nədənsə nazirlikdə Rızanı himayə edənlər bunu araşdırmaqda maraqlı deyillər. Amma biz bu cinayət faktını sona qədər araşdırmağa calışacağıq. Onda məlum olacaq ki, Əhmədov Rza bal toplayaraq TQDK xətti ilə ABU-ya daxil olmayıb, yəni diplomu saxtadır. Onu nazirlikdə himayə edənlərə də bildirmək istərdik ki, onlar da buna görə məsuliyyət daşıyacaqlar. Çünki onlara da müraciət olunub ki, himayə etdiyiniz şəxsin diplomu saxtadır. TQDK-ya sorğu göndərib araşdırın. Onlar bunu etmirlər. Cinayəti bilə bilə onu gizlətməyə çalışırlar.

Baxın budur Yasamal rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindəki vəziyyət. Saxta yolla işə düzələnlərdən yaxşı nəsə gözləməyə dəyərmi?

Ümid edirik ki, vaxt gələcək bu cinayətlər araşdırılar, saxtakarlar və onları himayə edənlər layiqli cəzalarını alacaqlar. Dövlət qulluğunu bu qədər ələ salmaq olmaz. Bu qədər dövlət idarələrinə şəxsi obyekti kimi yanaşmaq olmaz. Nə vaxtsa hüquq mühafizə orqanlarının Gülnarə Salahovanı və Rəsulov Zauru kabinetlərində həbs etməsi xəbərini eşitsəniz təəccüblənməyəsiniz. Çünki onların cinayət əməlləri konkret faktlarla toplanır və yaxın vaxtlarda lazımi orqanlara göndəriləcək.

Hörmətlə, Sahib Əliyev(dia.az)

www.yenicag.az

601
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv