yenicag.az
yenicag.az

Yaşar Qurbanov ərəblərin məşhur “Əl-İraqiyyə” telekanalına Qarabağla bağlı müsahibə verdi

Yaşar Qurbanov ərəblərin məşhur “Əl-İraqiyyə” telekanalına Qarabağla bağlı müsahibə verdi

Müəllif: Redaktor

Editor

sehidDağlıq Qarabağda baş verən savaş bütün dünyanın diqqətindədir. Dünyanın aparıcı telekanalları bu barədə xəbərləri flaş olaraq, verirlər. Təəssüf ki, erməni diasporasının güclü olduğu ölkələrdə savaşla bağlı qeyri-dəqiq və qərəzli xəbərlər yayılmaqdadır. Ancaq müsəlman ölkələri bu məsələdə Azərbaycanla həmrəylik nümayiş etdirirlər.

Yenicag.az xəbər verir ki, ərəb dünyasında ciddi nüfuza malik məşhur “əl-İraqiyyə” telekanalı bu gün baş verən döyüşlərə geniş yer ayırıb. Azərbaycanın mövqeyinin dəstəkləndiyi xəbərlərdə erməni təcavüzü qəti şəkildə pislənilib.

“Əl-İraqiyyə” telekanalı mövzu ilə bağlı Azərbaycandan tanınmış ilahiyyatçı alim, şərhçi Yaşar Qurbanovdan geniş müsahibə götürüb.

Y.Qurbanov bildirib ki, bu gün Azərbaycan Ermənistan tərəfindən hücuma məruz qalsa da, cavab atəşi ilə erməni terrorçuları darmadağın edilib: “Savaşı Azərbaycan tərəfinin başlatdığına dair erməni təbliğatı uydurmadır”.

İlahiyyatçı qeyd edib ki, erməni təxribatı onsuz da gərgin olan İrəvanın siyasi vəziyyətini daha da pisləşdirəcək: “Bu gün Türkiyə ilə İran başda olmaqla bütün İslam aləmi müsəlman diyarı Azərbaycana qarşı bu hücumları pisləyir. Azərbaycan prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Ermənistan 90-cı illərin əvvəlindəki kimi yalanlarını beynəlxalq aləmə yeridə bilmir və bilməyəcək də”.

Qeyd edək ki, Y.Qurbanov müntəzəm olaraq, ərəb telekanallarında Azərbaycan və regionla bağlı şərhlərlə çıxış edir.

Yenicag.az

Müsahibə, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti