Yaşayış evində partlayış: 4 yaralı – Goranboyda

Yaşayış evində partlayış: 4 yaralı – Goranboyda

Müəllif: Redaktor

Editor

5bb38872a09b8b62dd0d69ec51c0f618Azərbaycanın Goranboy rayonunda yaşayış evində baş verən partlayış nəticəsində 4 nəfər ağır bədən xəsarətləri alıb.

Hadisə rayonun Ağcakənd qəsəbəsində Qazanbulaq kənd sakininin kirayə yaşadığı evdə qeydə alınıb. Ağcakənddə müəllim işləyən 1986-cı il təvəllüdlü İnqilab Qasımov, onun həyat yoldaşı, 1978-ci il təvəllüdlü Şəbnəm Qasımova, onların övladları, 8 yaşlı Yaqut və 7 yaşlı İsa yanıq xəsarətləri alaraq Goranboy Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Məlumata görə İ. Qasımovun və onun yoldaşının bütün bədən səthi yandığından vəziyyətləri ağırdır. Uşaqlarda isə əllərin, üzün və ayaqların 2-3-cü dərəcəli yanığı xəsarətləri var.

Partlayışın qaz sızmasından baş verdiyi deyilir(APA).

Kriminal, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti