Yaşı 65-i keçənlər avtobus sürə bilməyəcək

Müəllif: Redaktor

Editor

168889_res_01“Yol hərəkəti haqqında” qanuna avtobus sürücülərinin yuxarı yaş məhdudiyyəti ilə bağlı edilmiş dəyişiklik bu gündən qüvvəyə minir.

Dəyişikliyə əsasən, bu gündən etibarən 65 yaşı tamam olan şəxslər Azərbaycanda “D” və “DE” kateqoriyalı sürücülük vəsiqəsi ala bilməzlər. İndiyədək bu kateqoriyalar üzrə sürücülük vəsiqəsi olanlar isə 65 yaşa çatdıqdan sonra öz vəsiqələrinin qüvvədə olma müddətini uzada bilməzlər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, hazırda “D” və ya “DE” kateqoriyaları üzrə sürücülük vəsiqəsi olan şəxslər malik olduqları vəsiqənin etibarlılıq müddəti bitənədək ondan istifadə edə bilərlər. Çünki qüvvəyə minən dəyişiklikdə onun geriyə qüvvəsi, yaxud hazırda istifadədə olan vəsiqələr barədə heç nə deyilmir.

Bununla belə, həmin şəxslər öz vəsiqələrini uzağı etibarlılıq müddəti bitənədək istifadə edə biləcəklər. Növbəti dəfə vəsiqə dəyişdirilərkən onlara “D” və “DE” kateqoriyaları verilməyəcək.

Gülnar Əliyeva


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır