“Yaşıl İqdisadiyyata gedən yol” adlı layihənin açılış mərasimi və ilk təlimi keçirildi

Müəllif: Redaktor

Editor

yasil

Avqustun 26-da Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsi çərçivəsində qalib olmuş, Nurlan Hacıyev layihə rəhbəri olduğu “Yaşıl İqdisadiyyata gedən yol” adlı layihənin açılış mərasimi və ilk təlimi keçirildi. Tədbiri giriş sözü ilə açan Nurlan Hacıyev layihənin reallaşdırılmasına göstərilən maddi dəstəyə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna , təşkilatı dəstəyə görə Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin təşkilatina təşəkkürünü bildirdi.

Belə ki, layihə çərçivəsində gənclərə peşəkar təlimçi tərəfindən 3 təlim keçiriləcək, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinə gənclərin ekskursiyası təşkil ediləcək.

Daha sonra YAP Binəqədi rayon Təşkilatının Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə çıxış edərək bu cür layihələrin gənclərin iqdisadi biliklərin artırılmasında nə qədər əhəmiyyətli olduğunu qeyd edib, vurğulayıb ki, bu gün alternativ enerji mənblələrindən istifadə dünya praktikasında və ölkəmizdə geniş yayılıb. Bunun üçün də gənclərin bu istiqamətdə reallaşdırılan belə bir layihəyə olan yüksək marağı təbiidir və tədqirə laiq haldır.

Ardından isə təlimçi Samir Qəribov ilk təlimi keçərək yaşıl iqtisadiyyatın önəmindən, ölkəmizdə bu istiqamətdə görülən işlərdən ətraflı söz açıb. Praktik oyunlar vasitəsi ilə təlimin daha da interaktiv şəkildə keçirilməsini təmin edib. Daha sonra isə layihə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və təlim qarşılıqlı diskussiyalar ətrafında davam etdirilib.

Layihənin növbəti günü 27 avqust 2016-cı il tarixdə YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, təşkialtın baş təlimatçısı Kubra Əliyarlı, Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rüfət Əhmədovun və gənclərin iştirakı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinə ekskursiyası təşkil edildi. Ekskursiya zamanı iştirakçılara məlumat verildi ki, 2011-ci ildə 38 hektar ərazidə inşa olunan mərkəz külək, günəş və bioqaz stansiyaları ilə təchiz edilib. Bu isə ölkədə alternativ enerjinin hər üç yolla əldə edilməsi istiqamətində görülən işlərin real nümunəsidir.

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır