Yazı İçi 468×60

Ərəb dövlətlərinin təcrid siyasəti ilə üzləşən Qətər ətrafında gərginliyin azalması müşahidə edilsə da, bunun davamlı olacağı gözlənilmir.

Yenicag.Az xəbər verir ki, Qətərə qarşı təzyiqlərin əsas yönləndiricisi olan ABŞ-ın Doha ilə 12 milyard dollarlıq silah sövdələşməsi və ikitərəfli hərbi təlimlərin regiondakı prosesləri şaxələndirdiyi bildirilir.

Bir sıra ekspertlərin fikrincə, ABŞ-ın Səudiyyə Ərəbistanı və digər ərəb dövlətlərini Qətərin üstünə salmasının arxasında məhz bu ölkəyə irihəcmli silah satışının satılması məqsədi daşıyırdı. Hesab olunur ki, Qətəri beynəlxalq terrorizmi dəstəkləməkdə ittiham edən ABŞ-ın ona 12 milyard dollar dəyərində silah-sursat satmasının başqa izahı yoxdur. Məlum anlaşmadan sonra Vaşinqtonun Dohaya münasibətdə ritorikasını nisbətən dəyişməsi və Qətəri təcrid etməyə çalışan ərəb dövlətlərinin yumşaq bəyanatları bölgədə yaranmış gərginliyin tədricən aradan qalxacağı təəssüratını yaratsa da, bu fikrə skeptik yanaşanlar da var.

Mövzunu Yenicag.Az-a dəyərləndirən politoloq Araz Aslanlıya görə, ABŞ-Qətər anlaşması situasiyaya müəyyən korrektələr etsə də, böhranın təm həllindən danışmaq üçün əsas yoxdur:

“ABŞ-ın Qətərə çox böyük məbləğdə silah satışına nail olmasından sonra regiondakı vəziyyətin nisbətən dəyişdiyi müşahidə olunur. Belə görünür ki, ABŞ bu planını həyata keçirtdikdən sonra vəziyyət normallaşmağa doğru gedir. Ancaq indi müşahidə olunanlar sürətlə yaranan Qətər böhranının öz həllini tapdığını söyləməyə əsas vermir. Donald Trampın və onun administrasiyasının yürütdüyü siyasəti nəzərə alsaq, vəziyyət yenə də əksinə dəyişə bilər. Yəni demək istədiyim budur ki, ABŞ-Qətər anlaşması regiondakı gərginliyi tam bitirəcək təsirdə deyil. O baxımdan, situasiyanın qısa müddətdə kəskin dəyişəcəyi qətiyyən istisna olunmur.

Haqqında danışdığımız bu gedişatın Türkiyənin regional proseslərdəki roluna və mövqeyinə əlbəttə, aidiyyatı var. Unutmayaq ki, “Soyuq müharibə” dövründən fərqli olaraq, hazırda Türkiyənin regional proseslərə təsiri və bu çərçivədə imkanları artıb. Hər halda, Türkiyənin hərbi qüdrəti – xüsusi qeyd edirəm, siyasi-iqtisadi deyil, məhz hərbi qüdrəti ərəb ölkələrinin Ankaraya münasibətdə çox ehtiyatlı siyasət yürütmələrinin əsas səbəbidir. Ona görə də bölgədə vəziyyətin, o cümlədən, ərəb ölkələri arasında münasibətlərin müəyyən mənada gərgin qalması Türkiyənin maraqlarına cavab verir. Əks halda, Türkiyə və regionun bəzi ölkələri üçün onları razı salmayan hadisələr baş qaldıra bilər”.

A.Zeynalov
Yenicag.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 65
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."