Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” (keçmiş “26 Bakı Komissarı” bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən “26” – “Twenty six” adlı kafenin bağlandığını xəbər vermişdik.

Yenicag.az xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da bu gün mətbuata açıqlamasında sözügedən obyektin əxlaqsız gecə klubu kimi fəaliyyət göstərdiyini vurğulayıb.

Sizə təqdim etdiyimiz video da Bakı merinin sözlərini təsdiqləyir. Videodan da göründüyü kimi, bu məkanda yarıçılpaq vəziyyətdə olan xanımlar, öz erotik rəqsləri ilə qonaqları coşdurur.

Qeyd edək ki, sözügedən kafeni Bakı Dövlət Universitenin Hüquq fakültəsinin müəllimi Ərəstun Qasımovun oğlu Əliyar Qasımov işlədib. O, bu işdə Həmid adlı şəxslə ortaq olub.

Maraq üçün onu da bildirək ki, “26″ kafesi Yazıçılar Birliyi tərəfindən icarəyə verilib. Nəticədə Yazıçılar Birliyinin binası “Təhminənin evi”nə çevrilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 18315
Kateqoriyalar:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."