www.sinerjipro.net

SinerjiProWide

“Yeddi Gözəl” adlı fərdi yaradıcılıq sərgisinin açılış mərasimi baş tutdu

Reklam

16 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsi çərçivəsində qalib olmuş, Dahi Azərbaycan şairi və mütəffəkkiri Nizami Gəncəvinin “Yeddi Gözəl” poemasının 820 illik yubileyinə həsr olunmuş, Sona Məhərrəmovanın “Yeddi Gözəl” adlı fərdi yaradıcılıq sərgisinin, “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin təşkilati dəstəyi ilə Bakı şəhəri, Xətai Sənət Mərkəzində açılış mərasimi baş tutdu.

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, İrəli İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Azərbaycan İntellektual Oyunlar Klubunun prezidenti, Parlaq Zəka intellekt şousunun rəhbəri və aparıcısı Aydın Piriyev, Zəka Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Ramin Cəfərov və digər qonaqlar iştirak etdilər.

Layihə rəhbəri, Sona Məhərrəmova çıxış nitqi ilə sərgidə iştirak edən qonaqları salamlayaraq sərgini açıq elan etdi.
Daha sonra, “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin tələbəsi Nur Hüseynova gələn qonaqları Dahi şairin poemasındakı qəhrəmanların dili ilə salamladı.

Çıxış edən “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Ramin Cəfərov Mərkəzin fəaliyyət istiqamətləri haqqında qonaqlara ətraflı məlumat verdi. Eyni zamanda, Gənclər Fondunun Azərbaycan gənclərinin inkişafında verdiyi böyük töhvələrdən bəhs etdi.

Qeyd edək ki, sərgi dekorativ tətbiqi sənət ustası, “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin mülliməsi Sona Məhərrəmovanın hazırladığı 7 fərqli ölkəyə məxsus milli geyimlər Bəhrəm Gur şahın və Dahi Nizami Gəncəvinin libaslarından ibarət idi.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 39
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."