www.sinerjipro.net

SinerjiProWide
Reklam

tursu_qesd9Göyçay rayonunda intihara cəhd hadisəsi baş verib.

Hadisə bu gün rayonun Xəlitli kəndində qeydə alınıb. Kənd sakini, 1972-ci il təvəllüdlü Mikayılova Səbinə Eldar qızı yaşadığı evdə sirkə turşusu içərək intihara cəhd edib. O, zəhərlənmə diaqnozu ilə təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Ailəli və 3 uşaq anası olan S. Mikayılovanın özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, bu yaxınlarda onun oğlan övladını avtomobil vuraraq öldürüb. Hazırda onun 3 qız övladı var.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 56
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."