www.sinerjipro.net

SinerjiProWide
Reklam

105190_res_01“İranlı alimlərin həyatına cavabdehlik daşımıram”.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bunu İsralin müdafiə naziri Moşe Yaalon Almaniyanın “Der Spiegel” nəşrinə müsahibəsində deyib.

İranın nüvə proqramından özlərini qoruyacaqlarını bildirən M. Yaalon İranın nüvə ambisiyalarının qarşısının alınmasının vacibliyini vurğulayıb: “Biz bunun sanksiyalar vasitəsilə həyata keçirilməsini istəyirik. Lakin nəticə etibari ilə İsrail özünü müdafiə etməlidir”.

İsrail müdafiə naziri İranın “altılıq” ölkələri ilə əldə etdiyi nüvə razılaşmasının “tarixi səhv” olduğunu qeyd edib. Onun sözlərinə görə, İran öhdəliklərini icra etməsə, İsrail aviazərbələr endirə bilər.

Xatırladaq ki, 2007-ci ildən indiyədək İranda nüvə enerjisi sahəsində çalışan 5 mütəxəssis öldürülüb. İran sui-qəsdlərin arxasında İsrailin dayandığını iddia edib.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında nüvə məsələsinə dair razılaşma 14 iyulda əldə edilib. BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi qətnamədə nüvə proqramının nəzarətə götürülməsi müqabilində BMT sanksiyalarının mərhələli şəkildə aradan qaldırılması nəzərdə tutulur.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 22
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."