!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yelləncək uşağın barmağını qopardı – Fotolar

!Reklam – Yazi

5-yildizli-otelin-kaydiragi-8-yasindaki-cocug-9-8655628_300Yenicag.az xəbər verir ki, Antalyada 5 ulduzlu oteldə istirahət edən ailənin başına qorxunc olay gəlib. Məlumata görə,  Yasin Şahin adlı həkimin ailəsi ilə birlikdə yollandığı tətili kabusa dönüb. Həyat yoldaşı və 3 uşağı ilə 3 gün əvvəl otelə gələn Yasin, əşyalarını otağına yerləşdirdikdən sonra 8 yaşındakı qızı Lara Şahin, həyat yoldaşı və digər uşaqları ilə otelin hovuzuna eniblər. Qızını uşaqlar üçün olan yelləncəkli hovuza buraxan Yasin Şahin, özü böyüklər üçün ayrılan hovuza girib.

Bir müddət sonra qızının qışqırıq səslərinə gələn Şahin, gedəndə qorxunc bir mənzərə ilə qarşılaşıb. Uşağını qanlar içində gördüyünü deyən Şahin, “Qızımın əli, üzü qan içində idi. Dərhal ona nə olduğunu öyrənməyə çalışdım. Sağ əlinə baxanda balaca barmağının olmadığını gördüm. Dərhal ilk müdaxiləni edib qopan barmağı axtarmağa başladım” deyə bildirib.

www.yenicag.az

662
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv