!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yəməndə qiyamçı husilərin məhkəməsi prezident barədə ölüm hökmü çıxarıb

!Reklam – Yazi

Yəməndə qiyamçı husilərin “Ənsar” hərəkatının nəzarətində olan Sənada Təhlükəsizlik Məhkəməsi prezidenti Mənsur Hadi barədə ölüm hökmü çıxarıb.

Yeniçağ.Az-ın “APA” -ya istinadən verdiyi məlumata görə, Yəmən prezidenti “dövlətə xəyanət”də günahlandırılıb.

M. Hadi ilə bərabər Yəmənin ABŞ-dakı səfiri Əhməd Avadh bin Mübarək, sabiq xarici işlər naziri Riyad Yasin də daxil olmaqla, 6 məmur “işğalçı” Səudiyyə Ərəbistanı ilə əməkdaşlıqda ittiham olunaraq haqlarında ölüm hökmü çıxarılıb.

Bu gün Sənanın Sabin meydanında Səudiyyə Ərəbistanının Yəməndə hərbi əməliyyatlara başlamasının ikinci ildönümü ilə bağlı etiraz aksiyası da keçirilib.

Yeniçağ.Az

www.yenicag.az

606
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv