Yenə qaz olmayacaq

Müəllif: Redaktor

Editor

610x380xQAAZ.jpg.pagespeed.ic.ie_6GqbzKoAğdaş magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

Mayın 3-də saat 10:00-dan işlər başa çatana qədər “Qaz İxrac” İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin “Borsunlu”, “Dəliməmmədli” və “Ağasıbəyli” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Goranboy rayonunun Dəliməmmədli və Borsunlu, həmçinin Samux rayonunun Ağasıbəyli, Əhmədbəyli, 1 may və Şəmsizadə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır