!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni ildə qəzetlərin qiyməti artacaqmı? – sorğu

!Reklam – Yazi

qezetEnerji tariflərinin qeyri-əhali üçün artırılması bir sıra sahələrə təsirsiz ötüşməyib. O cümlədən Azərbaycanda nəşr olunan qəzetlərin də fəaliyyətini çətin duruma salıb. Çap və digər xərcləri artan qəzetlərin qiymətində artım olacaqmı?

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan “Novoye vremya” qəzetinin təsisçisi və baş redaktoru Musa Ağayev deyib ki, dünyada, xüsusilə Azərbaycanda ən çətin peşə qəzet işçilərinin işidir:

“Söz yox ki, problemlər həmişə olub və olacaqdır. Amma buna baxmayaraq, qəzetin satış qiymətini qaldırmaq mümkün olmayacaq. Musa Ağayev ile ilgili görsel sonucu

Çünki insanların vəziyyəti o halda deyil ki, qəzetin qiymətini artıraq. Əgər qiyməti qaldırsaq, bu, satışa təsir edəcək.

Hesab edirəm ki, problemlər olacaq. Ancaq çalışacağıq ki, bu problemləri dəf edək”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib ki, enerji daşıyıcılarının qiymətinin artması redaksiyalarda işıq pulunun artması ilə nəticələndi:

Rauf Arifoğlu ile ilgili görsel sonucu“Bu da onsuz da zəif olan büdcəmizə ciddi təsir göstərir. Hazırda qəzetin qiymətini artırmağı düşünmürük. Çünki qəzet alıcılarının buna imkanları yoxdur”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının sözlərinə görə, enerji daşıyıcılarının artımı çap mətbuatına da öz təsirini göstərir:

“Artıq kommunal xərclərdə 36 faiz artım nəzərdə tutulub. Növbəti ildən kommunal xərcləri məhz bu artımla ödəyəcəyik.

Akif Aşırlı ile ilgili görsel sonucuƏlbəttə, dolların qiymətinin getdikcə artması bizim kağız almaq imkanlarımızı da məhdudlaşdırır. Çünki kağız ölkəyə dollarla gətirilir və bu da manatla müqayisədə artımla müşahidə olunur.

Hər ay dolların qiyməti necədirsə, kağızın da qiymətini o dəyərdə ödəməli oluruq. Bu baxımdan da çap mətbuatının vəziyyəti o qədər də ürəkaçan deyil.

Hesab edirəm ki, çap mətbuatı çox çətin və ciddi bir dönəm yaşayır. Hansı qəzet ayaqda qalacaq, hansı qəzet sıradan çıxacaq, bunu zaman göstərər”.
 

BƏXTİYAR

Yeniçağ.az

www.yenicag.az

625
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv