!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yeni Müsavat“ın 26 yaşı oldu

!Reklam – Yazi

aaaa59Bu gün “Yeni Müsavat” qəzetinin təsis olunmasından 26 il keçir, başqa sözlə, bu media orqanının 26 yaşı tamam olur.

“Yeni Müsavat” qəzetin təsisçisi və baş reaktoru Rauf Arifoğlu açıqlamasında xatırladıb ki, qəzet Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə yaranıb. O bildirib ki, Azərbaycan xalqının milli azadlıq mübarizəsi, dövlət qurmaq prosesi çərçivəsində xalq içərisindəki fərdlər yalnız hərbi və siyasi planda deyil, eyni zamanda informasiya planında da işlər görməyə başlamışdılar: “Allahın lütfündən yaxşı ki, onlardan biri də biz olduq. Qeyri-rəsmi, gizli şəkildə fəaliyyət göstərən redaksiya qurduq, ilk nömrəni oktyabr ayının əvvəllərində hazırladıq. İlk nömrəni noyabrın 10-da Azərbaycan Xalq Cəbhəsinin Azadlıq meydanında keçirdiyi, 1 milyona yaxın insanın iştirak etdiyi mitinqdə payladıq. Ona görə də qəzetin satışa, paylanmağa çıxdığı günü “Yeni Müsavat” qəzetinin yaradılış günü kimi qeyd etdik. Əslində isə proses oktyabr ayında, Yeni Müsavat Partiyasının qurulması ilə paralel başlamışdı. Yekunda da milli azadlıq hərəkatının hələ də uğurla davam edən layihəsi – “Yeni Müsavat” qəzeti ortaya çıxdı”.

R. Arifoğlu qeyd edib ki, “Yeni Müsavat” hazırda ölkənin sayılıb-seçilən, öndə gələn informasiya vasitələrindən biridir: “Bu orqanı da idarə etmək mənə nəsib olub. Ümid edirəm ki, bundan sonra da Allahın verdiyi ömür nə qədərdirsə, o qədər qəzetçilik fəaliyyətimizi davam etdirəcəyik”(APA).

www.yenicag.az

501
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv