xaricib_cx0_cy5_cw0_mw1024_mh1024_sAzərbaycanda yeni biometrik ümumvətəndaşlıq (xarici pasport) pasportun verilməsinə başlanılıb.

Yeni pasport həm dizayn həm də rənginə görə əvvəlkindən fərqlənir. Azərbaycan vətəndaşları pasportlarını dəyişdirmək üçün “ASAN xidmət” mərkəzinə müraciət edə bilərlər.

Yaşı 18 – dən çox olan vətəndaş üçün ümumvətəndaş pasportunun alınması ilə bağlı zəruri sənədlər: şəxsiyyət vəsiqəsi, 18-35 yaş hədlərində kişilər üçün hərbi bilet və ya ilkin hərbi qeydiyyatla bağlı vəsiqə (möhlət hüququna dair qeyd olmaqla), dövlət rüsumunun ödənilməsi barədə qəbz. Yaşı 18 – dən çox olan vətəndaş üçün ümumvətəndaş pasportunun alınması və ya dəyişdirilməsi ilə bağlı dövlət rüsumu: sənəd 10 iş günü müddətinə alınırsa, 40 manat, 5 iş günü müddətinə alınırsa, 80 manat, 1 iş günü müddətinə alınırsa, 160 manat təşkil edir.

Ümumvətəndaş pasportu dəyişdirilisə, vətəndaşda olan pasport da təqdim olunmalıdır. Ətraflı məlumat əldə etmək üçün bu linkə daxil ola bilərsiniz:

http://asan.gov.az/…/mumvetendas_pasportlarinin…

Ümumvətəndaş pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən 30 manat məbləğində cərimə tətbiq edilir. Qeyd edək ki, ümumvətəndaş pasportu dəyişdirilən zaman vizadan istifadə imkanının olması üçün vətəndaşda olan ümumvətəndaş pasportunun əsas hissəsi yararsız hala salınıb vətəndaşa geri qaytarıla bilər.(Baku.ws)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 12
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."