!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni prezident seçildi

!Reklam – Yazi

1448252002249747940_1000x669sdfArgentinada keçirilən prezident seçkilərində “Respublika təklifi” partiyasının nümayəndəsi Maurisio Makri qalib gəlib.

Telam agentliyinin verdiyi məlumata görə, bülletenlərin 98 faizinin hesablanmasından sonra hakim partiyanın nümayəndəsi Daniel Sioli 48,56, Maurisio Makri isə 51,44 faiz səs toplayıb.

Sioli artıq rəqibini təbrik edib və prezident postunda ona uğurlar arzulayıb. Bundan əlavə, yeni prezidenti hazırkı dövlət başçısı Kristina Fernandes de Kirşner, həmçinin Meksika və Paraqvay prezidentləri də təbrik ediblər.

Argentinada ilk dəfədir ki, prezident seçkilərinin nəticələri ikinci turda müəyyən olunur. Seçkilərin oktyabrın 25-də keçirilən birinci turunda Daniel Sioli 37,08, Maurisio Makri isə 34,12 faiz səs toplamışdı(Azərtac).

www.yenicag.az

406
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv