Yeni referendum aktına çox fərqli baxışlar –  Təklif: “Proporsional sistem də bərpa olunsun”

Müəllif: Baş Redaktor

Baş Redaktor

 

43-referendum_immagineAzərbaycan prezidenti İlham Əliyev Konstitusiyaya dəyişiklik edilməsi barədə referendum aktı imzalayıb. Burada bir sıra mühüm dəyişikliklər nəzərdə tutulur.

Təklif edilən dəyişikliklərdə prezidentliyə namizədə qoyulan tələblərdə 35 yaş məhdudiyyətinin aradan qaldırılması, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, prezidentə növbədənkənar seçkilər təyin etmək səlahiyyətinin verilməsi öz əksini tapıb.

Həmçinin, birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, həmin şəxslərin prezident tərəfindən təyin və vəzifədən azad edilməsi, prezidentin vaxtından əvvəl vəzifədən getdikdə onu baş nazirin deyil, birinci vitse-prezidentin əvəz etməsi, birinci vitse-prezidentin prezidenti əvəz etməsi mümkün olmadıqda onu vitse-prezidentlərin əvəz etməsi, vitse-prezidentlərin əvəz etməsi mümkün olmadıqda baş nazirin, baş nazirin əvəz etməsi mümkün olmadıqda Milli Məclis sədrinin əvəz etməsi nəzərdə tutulur.

axar.az1393670497publika.az1393667654axar.az1389287969fezailMilli Məclis deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Yenicag.az-a açıqlamasında  prezidentin sözügedən fərmanını dövlətimizin daha da möhkəmlənməsi, konstitusiya quruluşunun inkişafına xidmət edən bir addım kimi dəyərləndirdi: “Azərbaycan prezidentinin Konstitusiyaya dəyişiklik edilməsilə bağlı referendum aktı Azərbaycan dövlətçiliyinin konstitusion quruluşunun inkişafına, dövlətimizin möhkəmlənməsinə xidmət edən bir dəyişiklikdir. Bu barədə elanı eşidəndən sonra internet vasitəsilə həmin dəyişikliklərlə tanış oldum. İlkin tanışlıq məndə belə bir təəssürat yaratdı ki, ölkə prezidentinin atmış olduğu bu addım indilikdə və gələcəkdə Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsinə, konstitusion quruluşumuzun daha da inkişafına xidmət edən fərmandır. Ümidvaram ki, Konstitusiya Məhkəməsi ölkə prezidentinin bu təşəbbüsünə müsbət yanaşacaq”.

eli_eliyevVətəndaş və İnkişaf Partiyasının sədri (VİP) Əli Əliyev isə sözügedən dəyişiklikləri avtoritarlığa meyylənmənin başlanğıcı kimi dəyərləndirdi: “Bu dəyişikliklərin zamanı və fonuna diqqət yetirmək lazımdır. Azərbaycanda həmişə milli maraqlara yox, hakimiyyətin maraqlarına cavab verən belə ölkə miqyaslı tədbirlər, Konstitusiyada dəyişikliklər kimi əhəmiyyətli qanun və islahatlar adətən siyasi fəallığı paytaxtda ən ölgün dövrünə salınır. Fikir verin, iyul, avqust ayları ölkəmizdə ən sönük aylardır. 2002-ci ildəki referendum da təxminən bu dövrə təsadüf etmişdi. Yeni də eynilə eyni dövrə salınmış referendumun şahidi oluruq. Burada aşıq-aşkar hiss olunur ki, təklif olunan dəyişikliklər  hakimiyyətin laxlamasının qarşısını ala biləcək möhkəmləndirmə işləri nəzərdə tutulub. Belə ki, həm vitse-prezident postunun təsisi, həm ordudan əlavə digər silahlı qüvvələrin təşkil olunması imkanının yaradılması, prezidentin birtərəfli qaydada seçkili orqanları buraxmaq imkanları, prezidentliyə təklif olunanlar üçün yaş senzinin aradan götürülməsi açıq şəkildə göstərir ki, hakimiyyət yeni nəsil dəyişikliyinə hazırlaşır və tətbiq olunan dəyişikliklərin hamısı avtoritarlığa meyllənən siyasi islahatlara bir başlanğıcdır”.

C0FAE5DF-089D-4D3E-9CA0-DF55AB5A3A44_mw1024_s_nAXCP sədri Əli Kərimli bildirib ki, “Əlbəttə ki, mürtəce addımdır və bu referenduma hamılıqla etiraz etməliyik. Lakin bu referendum təşəbbüsü həm də rejimin ciddi cəhdlə gizlətdiyi bəzi maraqlı informasiyaları da cəmiyyətə ötürür.

Təklif olunan yeni düzəlişlərdə prezidentə Milli Məclisi buraxmaq səlahiyyəti verilir. Sual yaranır ki, məgər Milli Məclisi İlham Əliyev özü şəxsən formalaşdırmayıb? Deputatlar heç onun sözündən çıxarlar ki? İlham Əliyevin nəyinə lazımdır, Milli Məclisi buraxmaq səlahiyyəti? Cəmiyyət üçün maraqlı informasiya da bu sualın cavabında gizlənib.

İlham Əliyev bilir ki, bu gün ona loyal olan MM üzvləri əslində 3-4 qrupda birləşiblər. Hər bir qrupun lideri nüfuzlu bir məmur-oliqarxdır. Deməli, İlham Əliyev MM-də böyük təsirə malik oliqarxlara inanmır. Arada qarşılıqlı etimadsızlıq var. Hansısa situasiyada bu oliqarxların və deməli, onların təsirində olan MM-in onun sözündən çıxacağını gözləyir. Bu isə rejim daxilində qruplararası mübarizənin güclü olduğuna sübutdur.

Başqa versiya da mümkündür. Ola bilsin, İlham Əliyev həm də özünü belə bir situasiyaya hazırlayır: ölkədə gedən proseslər bir gün onunla nəticələnə bilər ki, Milli Məclisə seçilənlərin əksəriyyəti müxalifət tərəfdarları olar və o, müxalif mövqeli parlamentlə üz-üzə qalar.

Hər 2 versiya hökumətin özünün sabahına inamsız yanaşdığını ortaya qoyur. Özləri də qarşıda siyasi böhran gözləyirlər”.

eli_orucovAzərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov dedi ki, bu fərmanla ölkə avtoritarizmə sürüklənir: “Türkiyədəki hadisələrdən sonra tələm-tələsik referendumla bağlı Konstitusiya Məhkəməsinə müraciət edilməsi hər halda bir qədər maraq doğurur. Amma referenduma çıxarılan dəyişikliklər də diqqətdən kənarda qala bilməz. Çünki burada da maraqlı məqamlar var. Xüsusən də yeni institutların yaradılması məsələsi. Məsələn, birinci vitse-prezident institutunun təsisi. Eyni  zamanda burada heç də təqdir olunmayan bir məqam da mövcuddur. Bu da prezidentin 7 il müddətə seçilməsidir.

Bu hakimiyyətin bir əldə uzun müddət cəmləşməsinə gətirib çıxaracaq. Nəticə etibarı ilə bu da ölkənin avtoritarizmə sürüklənməsinə rəvac verə bilər. Ona görə bu dəyişikliyi şəxsən normal qarşılamıram. “Sərbəst toplaşma haqqında” qanunun 49-cu maddəsinə edilən əlavələr də məhdudlaşdırmanı nəzərdə tutur. Belə ki, əxlaqa zidd səbəblər göstrilməklə insanların sərbəst toplaşma haqqı məhdudlaşdırıla bilər. Prezidentə  Milli Məclisin  buraxılması səlahiyyətinin verilməsi də narahat doğurmaya bilməz. İstənilən halda ölkədə hakimiyyətin bir əldə vertikal istiqamətdə mərkəzləşdirilməsi prosesi aparılır ki, bu da ölkəmiz üçün təhlükəli nəticələr yarada bilər”.

penah_HuseynovSiyasi xadim Pənah Hüseyn referendum dəyişikliklərini demokratiyaya zidd adlandırdı: “Amma bununla belə fərmanda yer alan dəyişikliklər hüquqi müstəvidə real siyasi proseslərə elə də təsir etmək imkanında deyil. Bu baxımdan da ölkənin siyasi inkişafının taleyinə təsir etmək mənasında da referendumda irəli sürülən dəyişikliklərin önəmli və həlledici olduğu qənaətində deyiləm”.

mirmahmud-mirKXCP sədri Mirmahmud Mirəlioğlunun fikrincə isə, bu dəyişikliklə ölkədə konstitusiyalı monarxiya yaradılır: “Yəqin ki, bu referendumla Azərbaycanda konstitusiyalı monarxiyanın yaradıldığını elan edəcəklər. Bu fərman da məhz onun ilkin əlamətləri də ola bilər. Onsuz da bu dəyişikliklərin heç birinə ehtiyac yoxdur.  Hazırkı Konstitusiya ilə də artıq ölkədə demək olar hər kəs qəbul edir ki, indiki prezident ömürlük prezidentdir. Azərbaycan cəmiyyətinə bu qəbul etdirilib və cəmiyyətimiz də bunu artıq həzm edib. Ona görə də burada əlavə və dəyişikliklərə ehtiyac yoxdur”.

ayaz_mutallibovEks-prezident Ayaz Mütəllibov Konstitusiyada nəzərdə tutulan dəyişiklikləri məqsədəuyğun hesab etdi: “Prezidentin Konstitusiya dəyişikliklərilə bağlı verdiyi fərman dövlətçiliyin möhkəmləndirilməsinə yönəlik atılan bir addımdır və tədqirəlayiqdir. Bilirsiniz ki, son zamanlar dünya siyasətində müəyyən dəyişikliklər baş verir. Yəqin ki, bu tədbirlərin aparılması da o baxımdan məqsədəuyğundur”.

arif-hacili_2013120612Müsavat Partiyasının başqanı Arif Hacılı sözügedən dəyişikliklərin ölkədə avtoritar rejimin güclənməsinə gətirib çıxaracağını vurğuladı: “Azərbaycanda ciddi avtoritar bir rejim hökm sürür. Faktiki olaraq hakimiyyət bir ailənin nəzarəti altındadır. Ancaq görünür bu ailəyə bu qədər hakimiyyətdə kifayət etmir.  Ailə hakimiyyətini daha da möhkəmləndirmək,  prezident hakimiyyətini mütləqləşdirmək istiqamətində indi cəmiyyətin zəif olduğu bir məqamdan istifadə edərək qanunvericiliyi bu sahədə daha da mürtəceləşdirmək xətti götürülüb. Müsavat Partiyası olaraq bu cür Konstitusiya dəyişikliklərinə gedilməsini Azərbaycan cəmiyyətinin mənafelərinə zidd hesab edirik və partiyanın resurslarından,  cümhuriyyətçilik ideyasına sadiq qüvvələrin məsələyə qarşı mövqeyindən istifadə edərək həmin referendumun alınmaması, bu dəyişikliklərin olmamasına çalışacağıq. Demokratik bir ölkə olsa, bütün məsələlər xalqın iradəsilə seçkilər yolu ilə həll olunsaydı təbii ki, bu islahatlara da getmək nəzəri cəhətdən mümkündür. Ancaq Azərbaycanda normal demokratik seçki sistemi mövcud deyil və burada xalqın iradəsi nəzərə alınmır. Parlament tərəfindən təsdiq olunan baş nazirin səlahiyyətlərinin prezident tərəfindən təyin olunan birinci vitse-prezidentə verilməsi anti-demokratik dəyişiklikdir. Milli Məclisin səlahiyyətlərinin məhdudlaşdırılması, prezident səlahiyyətlərinin 5 ildən 7 ilədək uzadılması da demokratik dəyərlədə deyil, əksinə ölkədə avtoritarizmin möhkəmlənməsinə xidmət edir. Belədə həm hüquqi, həm də mahiyyət baxımından irəli sürülən təkliflər demokratiyaya yox, avtoritar rejimin daha da güclənməsinə hesablanmış bir addımdır”.

publika.az1429615730tural-abbasliAğ Partiyanın sədri Tural Abbaslı da gözlənilən  Konstitusiya dəyşikliyinin əleyhinə olduqlarını söylədi: “Azərbaycan hakimiyyətinin bundan öncəki təklifləri kimi, Konstitusiyaya etmək istədikləri yeni dəyişikliklər də anti-demokratik, demokratik təsisatların məhdudlaşdırılmasına hesablanmış bir addımdır.  Bu onun öz hakimiyyəti və hökumətinin maraqlarını təmin etmək üçün verdiyi təkliflərdir. İstər prezident səlahiyyətlərinin 5 ildən 7 ilə qaldırılması, istərsə də prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi hakimiyyətin büsbütün bir adamın əlində cəmləşə biləcəyi deməkdir və bu da heç də demokratiyaya gətirib çıxartmır. Odur ki, sözügedən formatda Konstitusiya dəyişikliklərinin əleyhinəyik. Onun qəbulu Azərbaycanda onsuz da ağır vəziyyətdə olan demokratik durumu daha da ağırlaşdıracaq. Bir müsbət hal kimi yaş həddinin götürülməsi layihəsi məqbul sayıla bilər. Müxalifətin bu dəyişikliklərə qarşı çıxmasını və xalqın da mövqeyini bildirməsini vacib hesab edirəm. Əks təqdirdə vəziyyət günü-gündən daha da ağırlaşacaq”.

etimad ismayilovƏdalət Partiyasının sədr müavini Etimad İsmayılov isə Yenicag.az-a verdiyi açıqlamada referenduma münasibət bildirməklə yanaşı konkret təklif də irəli sürdü:

“Azərbaycanda islahatlar üçün zərurət var. Bu islahatlar sadəcə icra strukturlarını deyil, digər sahələri də əhatə etməlidir. Nə məqsədlə vitse-prezident vəzifəsi yaradılır və hansı şərtlərlə referendum “keçiriləcək”, bu hamıya bəllidir. Çox istəyərdik ki, “xalqın 99,99-i bizi dəstəkləyir” deyən YAP-çılar bu referendumda proporsional seçkini də bərpa edilməsini təmin etsinlər”.

 

Hazırladı: Elçin/Yenicag.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır