“Yeni tariflə işıqpulunu vaxtında ödəyə bilirsinizmi?” - Sorğunun nəticəsi

Müəllif: Redaktor

Editor

Yeniçağ.az hər həftə onlayn ictimai sorğular həyata keçirir. Bu sorğular vasitəsilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi sahələrinə dair insanların rəyi öyrənilir və mediada işıqlandırılır. Həmçinin veb-saytın müzakirə hissəsində sorğuda qeyd edilən mövzu ilə bağlı fikir mübadiləsinin də aparılmasına şərait yaradılıb.

Ötən həftə Yeniçağ.az saytında yerləşdirilən “Yeni tariflə işıqpulunu vaxtında ödəyə bilirsinizmi?” sorğusunda ümumilikdə 252 respondent iştirak edib. Bu suala rəyi soruşulanların 15,87 faizi (40 səs) “Bəli, imkanım çatır” deyib. Sorğu iştirakçılarının 53,17 faizi (134 səs) “Xeyr, az-az ödəyirəm” cavabını seçib. “Gözləyirəm, yığılsın birdən ödəyim” deyən respondentlər isə (7 səs – 2.78 %) rəy bildirənlərin çox az hissəsini təşkil edir. Respondentlərin 28,17 faizi (71 səs) məsələyə başqa prizmadan yanaşaraq, “Ödəmirəm! Kəssinlər!!!” deyə sərt mövqe bildiriblər.

Qeyd edək ki, saytımız mütəmadi olaraq belə sorğular keçiriləcək.

 

Yeniçağ.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır