!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün Azərbaycanda "Bilik günü"dür

!Reklam – Yazi

Bu gün – sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür.

Yenicag.az xəbər verir ki, bu il Azərbaycanda 165 min uşaq 1-ci sinifə qəbul edilib.

Ümumilikdə, 2017-2018-ci tədris ilində Azərbaycan məktəblərində 1 milyon 450 minə yaxın şagird təhsil alacaq, 150 minə yaxın müəllim onların tədrisi ilə məşğul olacaq.

Son illərdə ölkədə müşahidə edilən müsbət demoqrafik artım təhsil sahəsinə də təsir göstərib. Belə ki, orta, tam orta təhsil səviyyələrini başa vuran şagirdlərlə 1-ci sinifə qəbul olunan şagirdlərin sayı arasında çox ciddi fərq var.

Ümumiyyətlə, hər il Azərbaycanın təhsil sistemi təxminən 50 min nəfər artır.

2017-2018-ci dərs ilində 212 məktəbdə 499 təmayül sinfin təşkil olunması nəzərdə tutulur.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaq.

www.yenicag.az

2399
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv