Yazı İçi 468×60

elmler23Yaxın vaxtlarda Azərbaycan Milli Elmlər Akademiyası nəzdində universitet və ya lisey tipli təhsil müəssisəsinin təsis edilməsi planlaşdırır.

AMEA-dan verilən məlumata görə, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə magistraturaya daxil olan tələbələrlə görüşündə deyib.

A.Əlizadə bildirib ki, AMEA nəzdində universitet və ya lisey tipli təhsil müəssisəsinin təsis edilməsi magistrlərə həm təhsil almağa, həm də laboratoriyalarda işləyərək təcrübə qazanmağa imkan yaradacaq.

AMEA prezidenti qeyd edib ki, akademiyada təhsil alan magistrlər nüfuzlu beynəlxalq tədbirlərdə iştirak etməklə yanaşı, dünya şöhrətli alimlərlə görüşə və fikir mübadiləsi apara biləcəklər. A.Əlizadə Akademiyada onların elmlə məşğul olmaları, dünya elminə inteqrasiya etmələri üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb.

A.Əlizadə qeyd edib ki, bu il 19 ixtisas üzrə 56 nəfər akademiyanın magistri adını qazanıb. Onlardan 47-si qız, 9-u isə oğlandır. AMEA-nın magistratura pilləsində təhsil almaq üçün bu il ümumilikdə 600-dən çox ərizə verilib.(trend)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 17
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."