!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni Vaşinqton-Bakı və Bakı-Moskva münasibətləri necə olacaq?– Şərh

!Reklam – Yazi

usa-azerbijanZərdüşt Əlizadə: “ABŞ vaxtaşırı  demokratiya tələbi qoymaqla Azərbaycan hakimiyyətindən hansısa bir növbəti güzəşti qoparmağa çalışır” 

Prezident İlham Əliyevin ABŞ-da nüvə samitində iştirakı və burada Vaşinqton rəsmilərilə keçirdiyi görüşlərdən əksər ekspertlər yüksək nəticələr çıxarıblar. Hansı ki, həmin görüşə qədər Azərbaycanın iqtidaryönlü mətbuatında ABŞ və Avropa ciddi çəkildə tənqid hədəfinə tuş gəlirdi. Bu fonda sözügedən görüşdən sonra görəsən ABŞ Azərbaycan münasibətlərinin  taleyi necə olacaq? Vaşinqtonla yaxınlaşma görəsən Moskvanı qıcıqlandırmayacaq ki?  Digər tərəfdən, bu günlərdə bəzi mətbu orqanlarda İŞİD-in Azərbaycanda da terror etmək istədiyi barədə məlumatlar yer alıb. Bu məsələnin ABŞ-Azərbaycan münasibətlərilə bağlılığı varmı?

Siyasi məhbuslara gəldikdə isə Xədicə İsmayıl açıqlamasında deyib ki, Əliyev Vaşinqtonda bu məsələ ilə bağlı alver predmeti edib.  Yəni, bu yüksək səviyyədə münasibətlər fonunda ABŞ hazırda həbsdə qalan siyayi məhbusları unutdumu?

Yenicag.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirdi ki, ABŞ Azərbaycan münasibətlərinin əsas mahiyyəti bu görüşlə də əsla dəyişməyəcək: “Əsas mahiyyət odur ki, ABŞ-ın neft şirkətləri Azərbaycanda neft çıxarır, indiyə kimi tonlarla neft daşınıb. Azərbaycan NATO ilə müəyyən proqramlar üzrə əməkdaşlıq edir. Amma Azərbaycan hakimiyyəti ABŞ şirkətlərini ölkənin daxili bazarına buraxmır. Çünki öz inhisarında saxlamaq istəyir. ABŞ-ın inandığı demokratik dəyərlərin ölkəmizə gəlməsinə maneə olur və bunda da israrlıdır. Çünki demokratik qaydalar bərpa olunsa, bu iqtidarın başı ağrıyacaq. Ona görə də Amerikanın demokratiya istəyini yerinə yetirmirlər. ABŞ da bununla razıdır. Sadəcə, vaxtaşırı  bu tələbi qoymaqla Azərbaycan hakimiyyətindən hansısa bir növbəti

güzəşti qoparmağa çalışır. Yəni, Vaşinqton-Bakı münasibətləri müəyyənləşmiş və bütün cizgiləri bəlli olan münasibətlərdir”.

Həmsöhbətimizin qənaətincə, Bakı ilə Vaşinqton arasındakı bu əlaqələr Moskvanı qətiyyəq qıcıqlandırmır, əksinə buna o soyuqqanlı baxır: “Rusiya çətin ki, kiçik bir məsələdən incisin. Azərbaycan və Ermənistanı  Qarabağ münaqişəsi qarmağı ilə Kremlin divarından asan Rusiya Bakının dar çərçivədə əl-qol atmasına əsla qısqanmır və bilir ki, nə də olsa Ermənistan da, Azərbaycan da Kremlə bağlıdır. Ona görə də VaşinqtonBakı münasibətlərinə Moskva soyuqqanlı yanaşır”.

Politoloq İŞİD-in Azərbaycanda terror həyata keçirmək istədiyi barədə mətbuatda yazılanların da Vaşinqtonla Bakı arasında münasibətlərlə heç bir əlaqəsinin olmadığını bildirdi: “Çexov demişdi ki, bütün qəzetlər yalan deyir. İndi ölkədəki qəzetlərin də hansısa yazılarına fikir vermək lazım deyil. Nə bilim, terror hadisəsi olar və bunun Amerika ilə olan münasibətlərdən qaynaqlandığı kimi fikirlər əsası olmayan fikirlərdir. Əgər terror hadisəsi olsa, olacaq. Bunun Azərbaycan-Amerika münasibətlərilə heç bir əlaqəsi yoxdur. Dünyada terrorizmin səbəbi ədalətsizlik və güc strukturlarının bacarıqsızlığından qaynaqlanır. Azərbaycan MTN-nin, polisin səviyyəsizliyi və bacarıqsızlığı  və qonşunun da ədalətsizliyi göz qabağındadır”.

Əlizadənin fikrincə, Azərbaycanla mövcud olan münasibətlər heç də o demək deyil ki, Ağ Ev ölkəmizdə olan siyasi məhbuslar məsələsini unudub. Sadəcə olaraq, hər iki tərəf sövdələşmə aparırlar: “Ümumiyyətlə, demokratiya sövdələşmə, xaricdə və daxildə müxtəlif maraqların uzlaşdırılması məharəti deməkdir. Amerika alver edib, sonra da neft əldə edir. Ona görə də burada elə bir qəbahət görmürəm. Amma bu o demək deyil ki, ABŞ Azərbaycanda hələ də həbsdə olan digər siyasi məhbusları unudub. Azərbaycan iqtidarının insanları inanclarına, fikirlərinə görə yürütdüyü həbs siyasəti həm Bakının alveri üçün, həm də bu Qərb üçün xeyirlidir. Vaxtaşırı tələb edirlər ki, siyasi məhbuslar azad edilsin, azad və ədalətli məhkəmə qurulsun. Bu onlara alver üçün bir imkan yaradır. Yəni, demokratik sövdələşmə gedir”.

ELÇİN/YENİCAG.AZ

www.yenicag.az

766
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv