!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yeniyetmələrdə yaradıcı düşüncə tərzinin düzgün formalaşdırılması və idmana marağın artırılmasına dəstək” layihəsinin yekun təqdimat mərasimi keçirildi

!Reklam – Yazi

a756c453-ef26-4a6d-a9a7-6bfdc56aab1c“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Yeniyetmələrdə yaradıcı düşüncə tərzinin düzgün formalaşdırılması və idmana marağın artırılmasına dəstək” layihəsinin nəticələrinə dair yekun təqdimat mərasimini keçirtdi. Tədbirdə layihədə iştirak etmiş 83, 126, 244, 276, 283 saylı məktəblərin direktor və müəllim kollektivi, şagirdlər, valideynlər, QHT rəhbərləri iştirak etmişdi.

Tədbiri giriş sözü ilə açan təşkilat sədri İradə Rizazadə layihə barədə ümumi məlumat verdi, qalib gəlmiş komandaları bir daha təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdi. O, bildirdi ki, layihənin bitməsinə baxmayaraq, bundan sonra da aşkarlanmış istedadlı şagirdlərlə müvafiq işlər görüləcək, aztəminatlı ailələrdən olan şagirdlər isə digər sosial layihələrə də cəlb olunacaqlar. Daha sonra 126 saylı məktəbin direktoru Şəmsi Qocayev layihənin uşaqların inkişafına yönələn xüsusi dəyərindən söz açaraq, donor təşkilat olan QHT-lərə Dövlət Dəstəyi Şurasına təhsil sahəsinə ayırdığı diqqətə görə öz minnətdarlığını bildirdi.

Tədbirdə layihənin icrası zamanı çəkilmiş foto-şəkillərdən ibarət video-rolik və şagirdlərin çəkdiyi rəsm əsərlərindən ibarət sərgi nümayiş olundu. Təqdimatın yekununda Binəqədi rayon İcra Hakimiyyətinə, Bakı şəhər Təhsil İdarəsinə və məktəb rəhbərliklərinə layihənin həyata keçirilməsində göstərdikləri təşkilati dəstəyə görə təşəkkürnamələr verildi.

www.yenicag.az

896
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv