yenicag.az

“Yerli Düşüncə” Dərnəyi Azərbaycan səfirliyini ziyarət etdi – Foto

“Yerli Düşüncə” Dərnəyi Azərbaycan səfirliyini ziyarət etdi – Foto

Müəllif: Baş Redaktor

Baş Redaktor

Türkiyədə fəaliyyət göstərən məşhur qeyri hökümət təşkilatlarından “Yerli Düşüncə” Dərnəyinin rəhbər heyəti,  dərnəyin fəxri sədri olan tanınmış siyasətçi Yalçın Topçunun başçılığı altında, Azərbaycanın Türkiyədə yerləşən səfirliyini ziyarət edib. 

Bu barədə Yeniçağ.Az-a məlumat verən dərnəyinin Azərbaycan təmsilçisi Cavid Mövsümlü, Heyətin səfir Faiq Bağırov tərəfindən qəbul edildiyini bildirib.

Onun sözlərinə görə, səfir dərnəyin fəaliyyətlərini yaxından izlədiyini bildirib və səfirliyin YDD ilə əməkdaşlıqda maraqlı olduğunu da qeyd edib.

Öz növbəsində dərnəyin fəxri sədri, Türkiyə Cümhuriyyətinin prezidentinin baş məsləhətçisi Yalçın Topçu da dərnəyin fəaliyyətində Azərbaycanın xüsusi yer tutduğunu, iki ölkə arasında qardaşlıq bağlarını daha da sıxlaşdırmaq üçün hər daim diqqət göstərdiklərini bildirib.

Dərnəyin sədri, TBMM-in millət vəkili Mətin Gündoğdu isə  dərnəyin Azərbaycanla bağlı son fəaliyyətləri barədə  səfirə geniş məlumat verərək, bu tədbirlərin hər iki ölkənin hökümət səviyyəsində dəyərləndirildiyini və təqdir edildiyini söyləyib.

Sonda“Yerli Düşüncə” Dərnəyinin Azərbaycan təmsilçisi, tarixçi Cavid Mövsümlü səfirə yaxın gələcəkdə planlaşdırdıkları və görüləcək tədbirlər haqqında danışaraq, Yalçın bəyin xüsusi təşəbbüsü və göstərişi ilə Xocalı soyqırımı, Qarabağ problemi mövzusunda keçiriləcək tədbirlərdən bəhs edib.

Görüş xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

Siyasət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti