Yerli məşhurların bahalı avtomobilləri – Fotolar+siyahı

Müəllif: Redaktor

Editor

70831_87m0ojg2flSənət aləminin tanınmış simaları evləri, avtomobilləri ilə tez-tez gündəmə gəlir.

Yerli məşhurların bahalı avtomobillərini təqdim edirik:

Xalq artisti Aygün Kazımova “Mercedes-Benz GL” markalı maşın sürür. Müğənni bu avtomobilin ona hədiyyə edildiyini deyib.

Müğənni Xəyyam Nisanov ötən ilin yayında özünə göy rəngli “Bentley” markalı avtomobil alıb.


İş xanımı Ruhi Əliyevanın da qara rəngli “Bentley” markalı avtomobili var.

Müğənni Nadir Qafarzadə iki il bundan əvvəl “Maserati” alıb. Sənətçi bu maşınını hər gün sürə bilmədiyini deyib. Belə ki, N.Qafarzadə “Lexus” markalı avtomobilini idarə edir, özəl tədbirlərə isə “Maserati”si ilə gedir.

Müğənni Xatirə İslamın iki avtomobili var. Onlardan biri “Porsche”dir. Bu yaxınlarda isə sənətçi “Lexus” markalı avtomobillə görüntülənib.

Aşıq Əli bu yaxınlarda özü üçün xüsusi avtomobil hazırlatdırıb. O, maşının içərisində hər bir şərait qurdurub. “Avtomobili Bakıdan almışam. Türkiyəyə göndərdim ki, içərisini istədiyim kimi dizayn etsinlər. Mən maşın sürmürəm, sürücü idarə edir. Ona görə də özüm üçün rahatlıq yaratdım. İçində hər bir şəraiti var. Çay dəmləməkdən tutmuş, internetə kimi… Bir sözlə vanna otağından başqa hər şey yığılıb. Avtomobili 50 minə aldım. İçərisinin dizaynına isə 65 min avro xərclədim” deyə aşıq bildirib.

Əməkdar artist Röya Ayxanın da bir neçə avtomobili var. Onlardan biri də “Cadillac Escalade”dir. Avtomobilin orta qiyməti 120 min dollardır. Sənətçi daha sonra “Volkswagen” markalı maşın almış, “Bunu uzaq yola çıxarkən istifadə etmək üçün almışam” açıqlamasını vermişdi. Ötən yay isə sənətçi yeni aldığı “Jeep” markalı sarı rəngli maşınının şəklini İnstaqramında paylaşmışdı.

Prodüser Tolikin “Porsche Panamera” markalı avtomobili var. O, maşınını 90 min dollara aldığını bildirmişdi.

Əməkdar artist Ədalət Şükürovun “Lotus” markalı idman stilli maşını var.

Əməkdar artist Cavanşir Məmmədovun üç maşını var. Avtomobil həvəskarı olan müğənninin bütün avtomobillərinin nömrə nişanın sonu “100”dür. C.Məmmədovun kolleksiyasında 1966-cı illərə məxsus “Chrysler”, “Rolls Royce” və “Cadillac Escalade” var.

Müğənni Rüfət Axundov da avtomobil həvəskarıdır. Müğənni maşınlarını tez-tez dəyşir. O, bu günə kimi “Lexus”, “Bentley”, “Gelenvagen” kimi maşınlar alıb. Sənətçinin maşınının nömrə nişanı “90 DC 009”dur.(Axşam)



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır