Yazı İçi 468×60

ABŞ prezidenti Donald Tramp Yaxın Şərqə rəsmi səfərə yola düşür.

“Ağ Ev” rəhbəri ilk olaraq Səudiyyə Ərəbistanına, sonra İsrailə gedəcək. Səfər çərçivəsində Tramp Qüdsdə (Yerusəlim) olacaq və üç din – müsəlman, yəhudi və xristianlar üçün müqəddəs ocaqların olduğu şəhərin şərq hissəsinə baş çəkəcək.

Protokola əsasən, Tramp yəhudilər üçün müqəddəs hesab olunan “Göz yaşı divarı”nı ziyarət edəcək. Bu səfərdə onu İsrailin Baş naziri Benyamin Netanyahu müşayiət etməli idi. “Ağ Ev”in mətbuat xidmətindən verilən məlumata görə, Tramp səfərdə Netanyahunun yanında olmasını istəməyib. Buna görə, ABŞ prezidentini Yerusəlimin baş ravini müşayiət edəcək.

Trampın Qüdsə səfərindən öncə ABŞ administrasiyasının nümayəndələri və İsrailin rəsmi şəxsləri müqəddəs şəhərdə yoxlama həyata keçiriblər. Yoxlama zamanı tərəflər arasında mübahisə yaranıb.

Məlumata görə, ABŞ məxfi xidmətinin rəhbəri öz şərtlərini diqtə etmək istəyən İsrail Nazirlər Kabinetinin nümayəndəsinin sözünü kəsib:
“Siz nə barədə danışırsınız? Bu ümumiyyətlə, sizin əraziniz deyil və rəsmi olaraq sizin yurisdiksiyanıza daxil deyil. Bu, Şərqi Yerusəlim və Fələstinin bir hissəsidir”.

Trampın səfərindən öncə ölkədə qalmaqal yaranmasını istəməyən İsrail KİV-ləri bu məsələni gündəmə gətirməyiblər.

Bütün bunlarla yanaşı, yəhudilər üçün başqa bir şok məsələ də ABŞ-ın səfirliyi Tel-Əvivdən Yerusəlimə köçürtməmək barədə qərarı olub.

“Ağ Ev” administrasiyasından verilən məlumata görə, səfirliyin Yerusəlimə köçürülməsi İsrail-Fələstin münaqişəsinin həlli prosesinə mənfi təsir göstərə bilərdi.

Qeyd edək ki, analitiklər arasında geniş müzakirə olunan məsələlərdən biri də “ərəb NATO-su”nun, ərəb monarxların vahid hərbi koalisiyanın yaradılması barədə fikirlərdir. Məlumata görə, sözügedən ideya Trampın müşaviri Jared Kuşner və Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd ibn Salmana məxsusdur.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."