!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yetkinlik yaşına çatmayanlarla bağlı – Yeni şərtlər

!Reklam – Yazi

yetkinlikyasinacatmamis%d0%bc%d0%b0%d0%bb%d0%be%d0%bb%d0%b5%d1%82%d0%bd%d0%b8%d0%b5Azərbaycanda yetkinlik yaşına çatmayanların valideynləri və ya qanuni nümayəndələrinin himayədarlıqdan üzrlü səbəbdən imtinasının yeni şərtləri müəyyənləşir.

APA-nın məlumatına görə, Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında Azərbaycan prezidentinin təqdimatı ilə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanuna əlavənin müzakirəsi olub.

Qanuna təklif edilən 1.0.8 maddəyə görə, yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrinin öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri – yetkinlik yaşına çatmayanların valideynlərinin və digər qanuni nümayəndələrinin stasionar tibb müəssisələrinə yerləşdirilməsi, xəstəliyin terminal (son) mərhələsində olması, uzunmüddətli ezamiyyətə göndərilməsi, barəsində həbs-qətimkan tədbirinin seçilməsi, inzibati həbsdə olması və ya aradan qaldırılması yetkinlik yaşına çatmayanların valideynlərinin və digər qanuni nümayəndələrinin iradəsindən asılı olmayan səbəblərdir.

Bildirilib ki, bu maddənin əlavə edilməsində məqsəd yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə bağlı valideynləri və digər qanuni nümayəndələri müxtəlif bəhanələrdən çəkindirməkdir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

www.yenicag.az

514
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv