www.sinerjipro.net

SinerjiProWide
Reklam

Prezident İlham Əliyev Yevlax şəhərində çoxmənzilli yaşayış binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sənəddə bildirilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Yevlax şəhərində infrastruktur layihələrinin yerinə yetirilməsi və əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilib, Şəhər Mərkəzi Xəstəxanası, Avtovağzal kompleksi, Gənclər evi, Tarix-Diyarşünaslıq Muzeyi, əlil və şəhid ailələri üçün ümumilikdə 116 mənzilli 5 yaşayış binası inşa edilib, 19 mindən çox yeni iş yerləri açılıb, Varvara balıqartırma və digər mühüm istehsal müəssisələri yaradılıb, Hava Limanı, Varvara Su Elektrik Stansiyası yenidən qurulub, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, Kür çayı sahilində “Bulvar” salınıb, geniş abadlıq-quruculuq işləri görülüb.

Sərəncam Yevlax şəhərində 190 nəfərdən ibarət 45 ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə imzalanıb.

Sənədə əsasən, Yevlax şəhərində qəzalı vəziyyətdə olan 10 binada yaşayan ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 45 mənzilli yeni yaşayış binasının tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Yevlax Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 35
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."