!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yevlaxda üç maşın toqquşdu - 5 yaralı var

!Reklam – Yazi

Mingəçevir-Xaldan avtomobil yolunda zəncirvari nəqliyyat qəzası baş verib, ağır xəsarət alanlar var.

Hadisə bu gün səhər saatlarında Yevlax rayonunun Əkşəm kəndi ərazisində qeydə alınıb.

Yevlax sakini Eldar Mustafayevə məxsus “Niva”, Şəki sakini Rüfət Ömərova məxsus “Toyota Corolla” markalı minik avtomobilləri Bakı-Mingəçevir marşurutu üzrə hərəkət edən “Mersedes” markalı mikroavtobusla toqquşub.

Hadisə zamanı Şəki sakinləri-1958-ci il təvəllüdlü Ömərova Seyram Mirzə qızı, 1974-cü il təvəllüdlü Ömərov Nicat Mirzə oğlu, 1958-ci il təvəllüdlü İsmaylova Gültəkin Atakişi qızı, 1977-ci il təvəllüdlü Ömərova Vəcihə Məcid qızı, Yevlax sakini 1952-ci il təvəllüdlü Mustafayev Eldar Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyi nəticəsində onların həyatı xilas edilib.

Yeniçağ.az

www.yenicag.az

586
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv