!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yol polis maşınının düşdüyü qəzanın görüntüləri yayıldı - Video

!Reklam – Yazi

Salyanda baş verən qəzada 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Yeniçağ.az ARB-yə istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib.

Yol Patrul Xidmətinin maşını, “Mersedes” markalı avtomobillə toqquşub. Baş verən qəzada xəsarət alanların adı məlum olub. Yaralılar Bakı şəhər sakinləri 67 yaşlı Allahverdi Ağalı oğlu Əhmədov, 31 yaşlı Ülvi Səməd oğlu Sadıqov, 35 yaşlı Elçin Kazım oğlu Dadaşov, Salyan rayon sakinləri 29 yaşlı Elnur Zakir oğlu Əliyev və 29 yaşlı Natiq Nİfti oğlu Məmmədyarovdur.

Qeyd edək ki, Elnur Əliyev və Natiq Məmmədyarov Yol Patrul Xidməti əməkdaşlarıdır.

Yaralılar Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, xəsarət alanlardan 2-si reanimasiya, 3-ü isə travmatologiya şöbəsinə yerləşdirilib. Hadisə zamanı ölən hər 2 nəfərin adları hələlik məlum deyil.

Yeniçağ.az

www.yenicag.az

574
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv