Yol polisi reydlərə başladı

Müəllif: Redaktor

Editor

166801_res_01Ötən gündən etibarən DYP reydlərə başlayıb. Belə ki, yol polisi texniki baxışdan keçməyən avtomobillərin sürücüləri barədə inzibati protokol tərtib edəcək.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, noyabrın 1-dən yol polisi Bakıda reydlərə başlayıb:.

Qurum rəsmisinin sözlərinə görə, yol polisləri tərəfindən saxlanılan avtomobillərin texniki baxışdan keçməməsi aşkarlanarsa, sürücü inzibati qaydada məsuliyyətə cəlb edilir: “Belə ki, fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilirlər. Avtomobili texniki baxışdan keçməyən sürücüyə yol polisi tərəfindən inzibati protokol tərtib edilirsə, 10 gün müddətinə avtomobil texniki baxışa təqdim edilmirsə, 10 gündən sonra həmin sürücüyə yenidən protokol tərtib edilə bilər”.

V.Əsədov qeyd edib ki, əvvəllər texniki baxışdan keçmə müddəti başa çatan avtomobilləri texniki baxışa təqdim edərkən sürücü cərimələnirdi: “Amma indi sürücü əgər avtomobili texniki baxışa təqdim edirsə, ona cərimə yazılmır və avtomobil maneəsiz texniki baxışdan keçirilir”.

Qeyd edək ki, oktyabrın 31-də Azərbaycanda istifadə edilən bütün növ nəqliyyat vasitələri və ölkə üzrə istifadə edilən avtomobillərin texniki baxışdan keçmə müddəti başa çatıb.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır