Yol polisində sürücüləri belə aldadıb pul alırlar – DİQQƏTLİ OLUN!

Müəllif: Redaktor

Editor

42a92cSürücü cəriməni ödəyəndən sonra yol polisləri «vəsiqə məhkəməyə göndəriləcək» deyib «100-200» manat şirinlik istəyirlər

YPX inspektorları cəriməsini ödəməyi gecikdirdiyi avtomobilləri saxlayıb cərimə meydançasına apardıqda sürücülük vəsiqəsini qaytarmırlar.

Avtosfer.az saytı ilə əməkdaşlıq edən Fuad Məmmədov bu barədə yazır: “Şənbə günü YPX əməkdaşının “saxla” əmri ilə avtomobili saxladım. Polis əməkdaşı bildirdi ki, mart ayından ödənilməmiş cəriməniz var. O cəriməni onlayn ödənişlə etdiyim barədə məlumat verdim, qəbzin elektron sürətini göstərdim (sonradan məlum olur ki, bort-kompüterlərində problem yaranıb və köhnə məlumatlarla işləyir – bu barədə digər yazıda məlumat verəcəyik – avtosfer.az). Lakin polis əməkdaşı Baş İdarə ilə əlaqə saxlayaraq, yeni sistemdən yoxlatdırdı və 3 ay öncə etdiyim digər qayda pozuntusuna görə cərimə meydançasına sürməyimi tələb etdi. Maşını cərimə meydançasına qoydum. Lakin polis əməkdaşı avtomobilində əyləşərək “sürücülük vəsiqəni 11-ci otaqdan gedib götürərsən” – deyib uzaqlaşmaq istədi. Qanunda sürücülük vəsiqəmin onlarda qalmalı olduğunu isbatlayan maddəni göstərmələrini tələb etdim. Uzun söz-söhbətdən sonra inspektor əlacsız qalıb vəsiqəmi qaytardı. Bazar günü müraciət etdiyim heç bir yerdə ödənişi edə bilmədim – apus.az işləmirdi, mia.gov.az-ın müvafiq bölməsində xəta mövcud idi, ASAN Ödəniş sistemi də həmçinin. Bazar ertəsi (01.02.2016) bankda cəriməni ödəyib, cərimə meydançasına yollandım. Nəzarətçi bildirdi ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsində 11-ci otağa yaxınlaşmalıyam. Oraya da getdim. Deyilən otaqda sənədlərimi və ödəniş barədə qəbzi göstərdim. Polis mayoru sürücülük vəsiqəmi götürdü, dedi bu, məhkəməyə gedəcək – 313-cü maddə ilə (3 aydan gec ödəməyə görə sürücülük hüququmun məhdudlaşdırıb-məhdudlaşdırılmadığına məhkəmə qərar verəcək). Mayordan vəsiqəmi özlərində saxlayarlarsa, avtomobili hansı sənədlə idarə edəcəyimi soruşdum. Digər tərəfdən, əlavə etdim ki, cərimə ödəniləndən sonra sürücülük vəsiqəsi hansı əsasla məndən alınır? Və ya, məhkəməyə göndərilən sənədlərdə göstərsəniz ki, sürücü cəriməni ödəmədiyi üçün sürücülük hüququ məhdudlaşdırılsın, o zaman məlum olacaq ki, mən cəriməni ödəmişəm. Təxminən 20 dəqiqəlik söhbətdən sonra sənədimi özümə verdilər. Dəhlizdə digər sürücülər məndən soruşurdular ki, sənədi qaytarmağa nə qədər pul verdin? Məlum oldu ki, burada cəriməni ödəyəndən sonra sürücülük vəsiqəsini yol polisindən almaq üçün 100-200 manat hirinlik vermək lazımdır».



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır