Yol Polisindən sürücülərə müraciət – Çox təhlükəlidir

Yol Polisindən sürücülərə müraciət – Çox təhlükəlidir

Müəllif: Redaktor

Baş Redaktor

yolsurushkenBakı Şəhər Dövlət Yol Polisi İdarəsi Yol Polisi buzlu və şaxtalı hava şəraiti ilə əlaqədar əhaliyə, avtomobil sürücülərinə və sahiblərinə müraciət edib.

Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, hava şəraitindən asılı olmayaraq, dövlət nömrə nişanları təmiz saxlanılmalı, işıq cihazlarının görünməsi təmin edilməlidir: “Əks halda sürücülüər inzibati qaydada məsuliyyətə cəlb edilir. Belə hava şəraitində peşəkar, avtomobil idarə etməyə uyğunlaşan sürücülərin avtomobil idarə etməsinə şərait yaradılmalıdır. Ən yaxşı halda isə şəxsi avtomobildən istifadədən imtina etməli və ictimain nəqliyyatdan istifadəyə üstünlük verilməlidir”.

V.Əsədov bildirib ki, belə hava şəraitində sürət həddi minimuma endirilməli, ara məsafəsi normadan artıq saxlanılmalıdır: “Sürücülər əyləc sistemindən istifadə etmənin avtomobilin sürüşmə ehtimalının artırdığını yadda saxlamalıdırlar”.

Bölmə rəisi deyib ki, bu günlərdə yalnız texniki cəhətdən saz olan avtomobillərdən istifadəyə üstünlük verilməlidir: “Unutmaq olmaz ki, istismar müddəti bitmiş, isitmə sistemi olmayan və soyutma sistemi su ilə təchiz edilən nəqliyyat vasitələrindən belə hava şəraitində istifadə edilməsi çox təhlükəlidir. Ona görə də bir daha xahiş edirik ki, sürücülər bunu nəzərə alıb ən azından özlərinin təhlükəsizliyi naminə bu deyilənləri yerinə yetirsinlər”.

V.Əsədov eyni zamanda, piyadalara da müraciət edib: “Belə hava şəraitində piyadalar yolların sürüşkən olduğunu nəzərə alıb diqqətli olmalıdırlar. Ancaq təyin edilmiş ərazilər üzrə, yəni yeraltı və yerüstü piyada keçidləri ilə hərəkət etsinlər”.(trend)

Cəmiyyət, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti