Yol polisinin avtomobilini çəkicləyən gənclə bağlı kampaniya başladıldı – Müraciət

Yol polisinin avtomobilini çəkicləyən gənclə bağlı kampaniya başladıldı – Müraciət

Müəllif: Redaktor

Editor

46840Bir qrup laçın sakini bir neçə gün öncə Bakıda yol polisinin avtomobilini çəkicləyən Şahin Bəylərovla bağlı kampaniya başladıb.

Avropa.info xəbər verir ki, Laçın sakinləri mətbuatda Şahin Bəylərovun guya narkotikdən istifadə etməsi haqda yayılan məlumatların yanlış olduğunu bildiriblər.

Sosial şəbəkələrdə başladılan kampaniyada Ş. Bəylərova qarşı tətbiq olunan cərimənin ödənilməsi üçün Laçın rayon sakinlərinə müraciət olunub.

Müraciətdə bildirilir ki, Ş. Bəylərov 13 yaşında ikən atasını itirib. Belə ki, onun atası naməlum səbəblərdən itkin düşüb və o uşaq yaşlarından travma alıb.

“3 uşaq atası olan bu insan yeddi nəfərdən ibarət olan ailəyə uşaq vaxtlarından sahib çıxıb. Onun narkotik istifadəçisi olduğu haqda deyilənlər doğru deyil. Şahin idmançıdır və kondisioner ustası kimi öz əlinin zəhməti ilə çörəyini qazanır. Hadisə olan gün isə özünə məxsus avtomobilin cəriməsi ilə bağlı polis əməkdaşlarından məlumat almaq istəyib. Lakin ona kobud şəkildə cavab verildiyi üçün bundan əsəbiləşərək baş vermiş hadisəni törədib. Hazırda özü də həbsxanada yanına sovqat aparan anasına bildirib ki törətdiyi əməldən çox peşmandır. Bütün laçınlılardan və digər Azərbaycan vətəndaşlarından xahiş edirik ki, maddi imkanı olmayan və öhdəsində 3 azyaşlı uşaq olan bu gəncin cəriməsinin ödənməsinə yardımçı olsunlar. Mətbuatdan isə onun haqqında məlumatları doğru olaraq yaymalarını xahiş edirik. Hüquq mühafizə orqanlarının isə bu işin doğru-düzgün araşdırılmasını xahiş edirik” deyə müraciətdə bildirilir.

Cəmiyyət, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti