yenicag.az

Yol qəzasının qurbanı olan məşhurlar – General oğlu, deputat, müğənni…

Yol qəzasının qurbanı olan məşhurlar – General oğlu, deputat, müğənni…

Müəllif: Redaktor

Editor

qeza22Hər ay ölkəmizdə onlarla yol qəzası baş verir və yüzlərlə insan bu qəzaların qurbanı olur.

Yol qəzasında həyatını itirən azərbaycanlı məşhurlarla bağlı araşdırma aparılıb.

Yenicag.az Trend-in araşdırmasını təqdim edir:

Araşdırma nəticəsində məlum olub ki:

Milli Məclisin deputatı Hikmət Atayev yol qəzasının qurbanı olub. Millət vəkili oğlunu qarşılamaq üçün Gürcüstan-Azərbaycan sərhədinə dorğu yola çıxsa da, mənzil başına çata bilməyib. Yolda idarə etdiyi maşın başqa bir avtomobillə toqquşub və millət vəkili hadisə yerində həlak olub.

Tanınmış reper Hüseyn Dərya avtomobil qəzasında həyatını itirib. O, Bakıda idarə etdiyi “Opel Astra” markalı avtomobildə qəzaya uğrayıb. Onu xəstəxanaya çatdırmaq mümkün olsa da, bir neçə gün sonra dünyasını dəyişib.

Meyxana ustadı Nizami Rəmzi meyxanaçı dostu Kəbir Azəri ilə birgə yol qəzası keçirib və hər iki meyxanaçı qəza zamanı həlak olublar.

Fransa Müqavimət Hərəkatının iştirakçısı, partizan Əhmədiyyə Cəbrayılov Şəki rayonunda yol qəzası zamanı həyatını itirib. Ə.Cəbrayılov Fransanın orden və medalları ilə, o cümlədən “Fəxri Legion” ordeni ilə təltif olunub.

Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinskinin yeganə övladı Fəxri Şəkinski idarə etdiyi avtomobili dirəyə çırpıb və nəticədə dünyasını dəyişib.

Xalq artisti Teymur Mustafayevin oğlu Bakıxan Mustafayev faciəvi şəkildə həlak olub. Xalq artistinin oğlu idarə etdiyi “VAZ 21010” markalı avtomobilində müəmmalı şəkildə yanıb. B.Müstafayev qapını aça bilmədiyindən maşının içərisindəcə yanaraq ölüb.

Muay-tay və uşu-sanda üzrə dəfələrlə respublika çempionu, dünya çempionatının mükafatçısı olmuş Ruslan Vəlizadə də yol qəzasında həyatını itirən məşhurlar arasındadır. O, sərnişin kimi təsadüfi hadisənin qurbanı olub.

Gənc müğənni Rəcəb Musayev idarə etdiyi “Mercedes” markalı avtomobillə qəzaya uğrayıb. “Yeni Ulduz” müsabiqəsinin qalibini xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Ötən ilin mart ayında “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş rəis müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun törətdiyi yol qəzası ölkə gündəmini məşğul edən əsas mövzulardan olub.

Mahir tarzən, xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan yol qəzasında iki nəfər həyatını itirib, xalq artisti də daxil olmaqla, iki nəfər yaralanıb.

Cəmiyyət, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti