!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yolayrıcında” – Bursada Xocalı soyqırımından bəhs edən tamaşa göstəriləcək

!Reklam – Yazi

Türkiyədə ermənilərin 1992-ci il fevralın 25-26-da Xocalıda törətdikləri soyqırımı əks etdirən əsər səhnələşdirilib.

Yeniçağ.Az xəbər verir ki, “Yolayrıcı” adlı monotamaşanın rejissoru Roza İbadova Kocamaz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olub. Onun sözlərinə görə, 45 dəqiqəlik monotamaşa faciə gecəsində öz övladlarının, doğmalarının ölümünə şahid olan qadından bəhs edir.

Rejissor bildirib ki, tamaşanın hazırlanmasında əsas məqsəd Xocalı soyqırımının dəhşətlərini göstərməkdir. Qeyd edək ki, tamaşada qadın obrazını gənc aktrisa Vüsalə Gülməmmədova canlandırır. Aktrisa da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Uzun illərdir ki, İzmir şəhərində yaşayır. Tamaşa gənclərin şəxsi vəsaiti hesabına başa gəlib.Tamaşanın göstəriləcəyi İzmir Sərgi-Gənclər Teatrının 250 nəfərlik zalının icarəsi Azərbaycan Qadınları Kültür Mərkəzi Dərnəyinin sədri Cəvahir Əhmədova tərəfindən təşkil olunub.

Fevralın 24-də nümayiş olunacaq tamaşaya İzmirdəki diaspora və Azərbaycan dərnəklərinin təmsilçiləri, o cümlədən media nümayəndələri də dəvət olunublar.

 

 

Yeniçağ.Az

www.yenicag.az

680
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv