Yazı İçi 468×60

y4Bu gün səhər Bakıya yağan qar yollarda çətinliklər yaradıb.

Hava şəraiti ilə əlaqədar olaraq, paytaxtın müəyyən hissələrində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb, yollar buz bağlayıb.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq.

Mais Ağayev Yenicag.az-a verdiyi açıqlamasında bildirdi ki, qış mövsümü ilə bağlı hələ noyabr ayında daşıyıcı şirkətlərə mövsümə hazırlıqla bağlı məktub göndərilib.

“Bu cür hava şəraitində isə təbii olaraq Bakı Nəqliyyat Agentliyi daşıyıcılara təkrar qoyulan tələblərlə bağlı xəbərdarlıq edir. Və paytaxtda sərnişindaşımada ola biləcək çətinliklərin vaxtında aradan qaldırılması ilə nəzarət tədbirlərini gücləndirib”.

 

Gülnarə Eynullaqızı
Yenicag.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 18
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."