“YouTube” ilin ən populyar çarxlarının siyahısını açıqladı – VİDEO

Müəllif: resul

Editor

27d0323fda25876c55b058af9f388971Populyar “YouTube” xidməti arxada qoyduğumuz ilin ən populyar videoçarxlarının seçimini təqdim edib.

Yenicag.az-ın “İKT.lent.az”-a istinadən məlumatına görə, siyahıda təqdim edilən çarxlara izləyicilər 500 milyon dəfədən çox baxıblar.

ADELE CARPOOL KARAOKE – bu video bir ildə 140 milyon dəfə izləmə toplayıb. Populyar ulduzların hitlərinin ifasını birbaşa olaraq maşında izləmək istifadəçilərin xoşlarına gəlib.

PEN-PINEAPPLE-APPLE-PEN – PIKO-TARO – mahnısı “Ginnesin Rekordlar Kitabı”na daxil edilib. Bununla belə, mahnı 101 milyon dəfədən çox izləmə toplaya bilib və kanalın reytinqində ikinci yeri tutub.

Zınqırovlu ilanın daxilində nə var? Bu, “YouTube”da çox populyar bir kanaldır və bu videoya 61,3 milyon dəfədən çox baxılıb. Hər şey çox sadədir: ata və oğul zınqırovlu ilanın daxilində sözün əsl mənasında nəyin yerləşdiyini öyrənməyə çalışırlar.

NIKE FOOTBALL PRESENTS: THE SWITCH – dünya futbolunun iki ulduzu Ronaldo və Martialın futbol oynaması isə 58 milyon baxışın əldə olunmasına kifayət edib.

GRACE VANDERWAAL: 12-YEAR-OLD UKULELE PLAYER GETS GOLDEN BUZZER – balaca qızcığaz tanınmış şouya öz mahnısı ilə gəlib ifa etməkdən qorxmayıb. Nəticədə o, nəinki hakimləri heyran edib, hətta bu çıxışa görə 47,9 milyon dəfə baxış əldə edib.

Yenicag.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır