Yoxa çıxan əsgərin meyiti tapıldı – Nazirlik təsdiqlədi

Müəllif: Redaktor

Editor

esgerGoranboydakı N saylı hərbi hissədən bir həftədir yoxa çıxmış əsgərin meyiti bu gün tapılıb.

Bu barədə əsgər Əliyev Murad Əlizadə oğlunun yaxınları məlumat verib. Onlar bildirir ki, Murad 7 aydır ki, hərbi hissədə qulluq edirmiş: “Murad 1997- ci il təvəllüdlü idi. O, oktyabrın 4-də hərbi hissədən yoxa çıxıb. Bizə üç gündən sonra onun yoxa çıxması barədə hərbi hissədən məlumat verilib. Bu gün də zəng edib dedilər ki, onun meyiti neytral zonadan tapılıb. Hərbi hissədən zəng edənlər Murad barəsində bizə çoxsaylı şayiələr deyirdilər. Guya Murad dindar olub, guya ki atasını öldürmək üçün avtomatı götürərək hərbi hissədən qaçıb və.s. Biz bunların heç birinə inanmırıq, Murad elə uşaq deyildi. Buradakı hərbi polislər isə onun hərbi hissədən avtomatsız qaçdığını deyirlər. Müdafiə Nazirliyindən hadisənin araşdırılmasını tələb edirik.

Məsələ ilə bağlı “Qafqazinfo” nun sorğusuna cavab verən Müdafiə Nazirliyi bildirib ki, oktyabrın 6-da hərbi qulluqçu əsgər Əliyev Murad Əlizadə oğlu xidmət yerini özbaşına tərk edib. Həyata keçirilən axtarış tədbirləri nəticəsində oktyabrın 9-da axşam saatlarında əsgər M.Əliyevin meyiti aşkar edilib.

Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır(qafqazinfo).


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir