Yük maşını aşdı – Tonlarla kartof yola töküldü – Foto

Müəllif: Redaktor

Editor

Bu gün saat 18:45 radələrində Bakı-Qazax magistralının 385-ci km-də, Şəmkir rayonunun Seyfəli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

ARB Kəpəz xəbər verir ki, Bakı istiqamətində hərəkətdə olan Ağcabədi rayon sakini Cabir Mövsümov idarə etdiyi “QAZ-53” markalı avtomobili aşırıb.

Nəticədə avtomobilin yük yerində olan 5 ton kartof isə yolun hərəkət hissəsinə tökülüb. Hadisəanı xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Yolda avtomobillərin hərəkəti çətinləşib.

Hazırda yol polisləri hərəkətin təhülkəsizliyini təmin etməyə çalışırlar.

Yenicag.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir