!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yük maşını qəza törətdi – Ölən var

!Reklam – Yazi

yuk_masinqeza6Cəlilabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 9.00 radələrində Ələt-Astara magistralının rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan “Shagman” markalı ağır tonnajlı yük maşını Masallı rayonunun Təzə Alvadı kənd sakini, 1988-ci il təvəllüdlü Qeyrət Əlişan oğlu Alışovun idarə etdiyi minik avtomobili ilə toqquşub. Güclü zərbədən minik avtomobilinin sürücüsü aldığı çoxsaylı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinə araşdırma aparılır.

www.yenicag.az

643
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv